04 Avqust 2017 01:08
935
Oxucu məktubları
A- A+

Şəhid övladlarına göstərilən qayğı həm də şəhidlərimizin ruhuna ehtiramdır

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, şəhid mayor Urfan Vəlizadə ilə həyat yoldaşı kimi hər zaman fəxr etmişəm, indi də fəxr edirəm. O öz işini necə sevirdisə, ailəsini, uşaqlarını da elə sevirdi. Həmişə uşaqlarına vaxt ayırar, onlardan nəzərini çəkməzdi, övladlarının gələcəyi, yaxşı təhsil alması hələ onlar dünyaya gəldiyi ilk vaxtlardan Urfanın diqqətində idi. Deyirdi, Könül, övladlarımız yüksək səviyyədə təhsil almalıdır, vətəninə, xalqına layiq olmalıdırlar.  O, bunu özü haqqında da deyirdi və hər zaman öz üzərində işləyirdi. Odur ki, hərb sənətini incəliyinə qədər öyrənmişdi. Başa düşürdü ki, məqsədə çatmaq üçün bilikli, bacarıqlı və işinin peşəkarı olmalıdır. Türkiyədə yüksək göstəricilərlə təhsil alıb vətənə dönmüşdü. Savadlı, çevik pilot kimi böyük hörmət qazanmışdı. Mayor hərbi rütbəsinə qədər yüksəlmişdi, 20 illik nümunəvi hərbi təcrübəsi var idi. Təsadüfi deyil ki, “Pilotun yaddaş kitabçası”nı Urfan tərtib etmişdi... 

Tale elə gətirdi ki, 2016-ci ilin aprel ayında təmas xəttində baş verən dördgünlük müharibədə canlarından keçən digər əsgər və zabitlərimiz kimi, Urfan da qəhrəmancasına şəhid oldu. Onun itkisi ilə bu gün də barışa bilmirəm, amma  igidliyi ilə, adı ilə fəxr edirəm. İndi də silahdaşları onu böyük ehtiramla  yad edirlər. İgidliyinə görə də ölümündən sonra dövlət başçısının sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb...

Özümə söz vermişəm ki, iki qız övladımıza - Betül və Zəhraya onun istədiyi kimi təhsil verəm. Buna var gücümlə çalışıram. İki azyaşlı övladımızın qayğısını və Urfana verdiyim sözün məsuliyyətini hər zaman hiss edirəm. Urfan dəfələrlə deyirdi ki, hərbçiyəm, başıma bir iş gəlsə, narahat olma, dövlət  övladlarıma sahib çıxacaq. Əslində də belədir, hər zaman dövlətin qayğısını hiss edirəm. II Fəxri xiyabanda Urfanı ziyarətə gedəndə “övladlarına görə narahat olma, onlar sənin istədiyin kimi böyüyür” deyirəm!

Böyük qızımız Zəhra bu il 3-cü sinfi bitirdi, kiçik qızımız Betül isə 2 yaşındadır, bağçaya getməyə hazırlaşır.  Təbii ki, bir şəhid övladı kimi Zəhranın yaxşı təhsil almasına dövlət və konkret adamlar tərəfindən ilkin dəstək göstərilib. Belə ki,  artıq bir ildir Zəhra Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsil alır. Bura imtahanla daxil olub, ancaq topladığı bal ödənişli əsaslarla təhsilə imkan verirdi. Sənədləri ora çatan kimi onu dərhal ödənişdən azad etdilər. İndi problemsiz yüksək səviyyədə təhsil alır. Kompleksin daxilində olan musiqi məktəbinə də daxil oldu, orada da qızımı ödənişdən azad etdilər. Dövlət başçısına sonsuz təşəkkürümü bildirirəm. Artıq övladımın təhsilindən heç bir narahatlığım yoxdur, tam arxayınam. Kompleksdə orta məktəb və musiqi məktəbi ilə yanaşı, bağça da var. Kiçik qızım Betülü də oradakı bağçaya  qoymaq istəyirəm. Urfanın da ruhu şad olar ki, onun övladlarına yüksək qayğı göstərilir, istədiyi kimi böyüyür və yüksək səviyyədə təhsil alır...

 

Könül VƏLİZADƏ,

şəhid pilotumuz mayor Urfan Vəlizadənin həyat yoldaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video