08 Oktyabr 2021 00:24
806
Mədəniyyət
A- A+

Şəhid kapitana həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Hicran Hüseynovun müəllifi olduğu Vətən müharibəsi şəhidi kapitan Cəfərli Həmid Kərim oğlunun həyat və döyüş yoluna həsr edilən “Şəhid kapitan Həmid Cəfərli” kitabının təqdimat mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Sonra 44 günlük Vətən müharibəsindən, şəhid kapitan Həmid Cəfərlinin həyat və döyüş yolundan bəhs edən videoçarx təqdim edilib. Təqdimat mərasimində çıxış edənlər bu kitabın gələcək nəsillər üçün dəyərli bir vəsait olacağını vurğulayıblar.   

Şəhidin kursant və zabit yoldaşları çıxış edərək kapitan Həmid Cəfərli ilə bağlı xatirələrini bölüşüb, onun döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqlarından danışıblar.

Məlumat verilib ki, kapitan Həmid Cəfərli Vətən müharibəsində göstərdiyi cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

Şəhid Həmid Cəfərlinin anası Zemfira Cəfərli çıxış edərək oğlunun xatirəsini əziz tutduqlarına görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə, tədbir iştirakçılarına və kitabın müəllifi Hicran Hüseynova dərin minnətdarlığını bildirib. Şəhid anası Həmidin dörd övladını onun adına, qəhrəmanlığına layiq böyütməyə çalışacaqlarını vurğulayıb.

Mərasimin bədii hissəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları vətənpərvərliyi tərənnüm edən mahnılar oxuyublar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video