31 Oktyabr 2014 12:10
611
Oxucu məktubları
A- A+

Şəhid bulağı hamının ürəyincədir...

 

Qəhrəmanlarımızın, igidlərimizin adlarını əbədiləşdirmək üçün ölkənin müxtəlif yerlərində onların adlarını daşıyan təhsil ocaqları, xəstəxanalar, küçələr var. Bu yaxınlarıda Sumqayıt şəhərinin 10-cu mikrorayonunda tikdiyimiz bulağa da iki şəhidimizin adını vermişik.

Qarabağ müharibəsi şəhidləri Şaiq Quliyev və Şaiq Vəliyevin adına bulağın tikilməsi hamımızın ürəyincədir. Biz əl-ələ verib öz hesabımıza tikmişik bu bulağı. Bununla da, bir tərəfdən, həyətə yeni su xətti çəkilib, digər tərəfdən də iki şəhidimizin adı əbədiləşib.

İllər öncə Ş.Quliyev və Ş.Vəliyev indi adlarını qoyduğumuz bulağın yerləşdiyi ərazidəki binada dünyaya göz açmış, burada böyüyüb vətənpərvər gənclər olmuşlar.

Qəhrəman adı, şəhid sözü hər bir azərbaycanlı üçün əziz, onların uyuduğu məzar isə ən müqəddəs ziyarətgahımızdır. Ölkəmizdə də qəhrəmanlara, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı, ehtiram var. Biz də tikdiyimiz bulağa şəhidlərimizin adını verməklə bu işə, azacıq da olsa, öz payımızı verməyə çalışmışıq. Həm də bulağı şəhidlərimizə ehsan kimi qiymətləndiririk.

 

Yusif MƏMMƏDOV,

Sumqayıt şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video