17 Avqust 2021 01:33
732
İQTİSADİYYAT
A- A+

Şəhid ailələri və qazilərin evlə təminatına sosial tərəfdaşlardan mühüm dəstək

 

Son iki ildə “Paşa Holdinq” və Kapital Bankın dəstəyi ilə bu kateqoriyadan olanlara 116 mənzil və fərdi ev verilib, 19 fərdi ev təmir etdirilib

 

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq ölkəmizdə özəl sektorun sosial məsuliyyət, həmrəylik prinsipinə əsaslanan fəaliyyəti son illərdə xeyli güclənib. Sosial məsələlərin həllində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində yaxından iştirak edən şirkətlərin sırası getdikcə genişlənir.

Onların sırasında “Paşa Holdinq” və Kapital Bank bu sahədə aparılan işlərə dəyərli töhfələrini verirlər.

2019-2020-ci illərdə “Paşa Holdinq” tərəfindən ölkəmizin müxtəlif bölgələrində həssas əhali qruplarından olan şəxslərə məxsus 19 fərdi ev təmir etdirilib. Bu müddətdə şirkət  Bakının Zabrat qəsəbəsində 4, bölgələrdə 34 fərdi ev inşa etdirərək Milli Qəhrəman və şəhid ailələrinə, qazilərə, digər həssas qruplardan olan şəxslərə təqdim edib. Həmçinin paytaxtın Əhmədli qəsəbəsində həssas qruplardan olan 10 ailənin mənzillərlə təminatını həyata keçirib.

Bu il də “Paşa Holdinq”in sosial sahəyə dəstək işləri davam etdirilir. Cari ildə şirkət tərəfindən ölkəmizin bölgələrində şəhid ailələri və müharibə əlilləri, digər həssas qruplar  üçün 30 fərdi evin inşa etdirilməsi, 15 ailənin mənzillərlə təmin olunması nəzərdə tutulub.

Özəl sektorun sosial məsuliyyət çərçivəsində həssas qruplara dəstəyinin ən uğurlu nümunələrindən biri  də Kapital Bank tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binasının inşa etdirilməsidir. Bununla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri üçün məhz özəl sektor tərəfindən ilk dəfə olaraq çoxmənzilli yaşayış binası inşa etdirilmiş oldu.

2020-ci ilin iyul ayında tikintisi yekunlaşan 4 mərtəbəli, 3 bloklu binada müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı mənzillər (16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlı) həm Şirvan şəhərində, həm ətraf rayonlarda yaşayan müvafiq kateqoriyalardan olan vətəndaşların istifadəsinə təqdim edildi.

Beləliklə, son iki ildə - 2019-2020-ci illərdə “Paşa Holdinq” və Kapital Bankın dəstəyi ilə qeyd edilən kateqoriyalardan olanlara 116 mənzil və fərdi ev verilib, 19 fərdi ev təmir etdirilib.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video