00:53 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:33 21.09.2021

Sönməyən işıq


00:27 21.09.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında

ANA SƏHİFƏ / FƏRMANLAR
01:17 26.06.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və ərazilərin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş  şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə,  müayinə, eləcə də digər sahələrdə  göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”  (bundan sonra - Mərkəz) yaradılsın.

2. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) həmin siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunsun.

5. Müəyyən edilsin ki:

5.1. Mərkəzdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilir;

5.2. Mərkəzdə xidmətlər  birbaşa (yerində), “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada təşkil edilir.

6. Mərkəzin fəaliyyəti ilkin mərhələdə Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təşkil edilsin.

7. Bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət orqanları (qurumları):

7.1. Mərkəzdən daxil olmuş müraciətlərin icrasını, o cümlədən vaxtında və tam (əhatəli) cavablandırılmasını təmin etmək məqsədilə mövcud ştat vahidləri çərçivəsində müvafiq struktur bölməsi yaratsınlar və ya bununla bağlı səlahiyyətləri mövcud struktur bölməsinə həvalə etsinlər;

7.2. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş xidmətlərin göstərilməsinin və hüquqmüəyyənedici sənədlərin verilməsinin Mərkəz vasitəsilə həyata keçirilməsini təmin etmək üçün Mərkəzin fəaliyyət göstərdiyi yerləri dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün müəyyən edilmiş büdcə təxsisatları çərçivəsində zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər, habelə həmin resursların zəruri dövlət informasiya sistemlərinə (ehtiyatlarına) çıxışını təşkil etsinlər;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərliyi ilə həmin dövlət orqanları (qurumları) rəhbərlərinin müavinlərinin təmsil olunduğu Əlaqələndirmə Komissiyasının yaradılmasını təmin etsin;

8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Nazirlik:

9.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının Mərkəzdə müvafiq xidmətlər göstərmələri üçün zəruri şərait yaradılmasını və digər tədbirlər görülməsini təmin etsin;

9.2. Mərkəzdə xidmət göstərəcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında əlaqələndirməni Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişikliklər edilməsini üç ay müddətində təmin etsin;

9.3. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, Mərkəzə daxil olan müraciətlərin icra vəziyyətinin monitorinqi və onların icrasına dair hesabatlılığın təmin edilməsi məqsədilə Katiblik yaratsın;

9.4. Mərkəzin fəaliyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  25 iyun 2021-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM