13 Avqust 2021 00:42
668
İQTİSADİYYAT
A- A+

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək tədbirləri davam edir

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir.

Layihə çərçivəsində növbəti dəstək Şəki rayonunun Öryət kəndində yerləşən fermer Ehtibar Nuriyevin “BioGarden” təsərrüfatına göstərilib. Görülmüş işlərlə tanış olmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri təsərrüfatı ziyarət ediblər.

“BioGarden” təsərrüfatı aqroturizm fəaliyyətinə 13 il əvvəl başlayıb. Təsərrüfat sahibi “Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Hər il  təsərrüfatı 6000-ə yaxın turist ziyarət edir.

“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (alaçıq, təndir və kürələrin quraşdırılması, kosmetik yenilənmə işləri, bildirçin və qırqovullar üçün saxlama yerinin yaradılması və s.) aparılıb və təsərrüfatın giriş hissəsi abadlaşdırılıb. Bundan əlavə, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla (vitrin soyuducusu, çay dəstləri, işçi heyəti üçün geyim dəstləri) təmin olunub.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-ə yaxın aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib. Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara, ümumilikdə, 900-dən çox turist qoşulub ki, onların da 170-ə yaxını əcnəbi turistlərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video