21 Avqust 2021 14:16
1205
İQTİSADİYYAT
A- A+

Səfir: Pakistanlı iş adamları Azərbaycanda yaradılmış sənaye zonalarına sərmayə qoymaqda maraqlıdır

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pirallahı Sənaye Parkı ilə tanış olub.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye parkları və məhəllələri, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə səfirə məlumat verib. Hazırda Sənaye Parkında 4 müəssisə rezident kimi qeydiyyatdan keçib, bunlardan 2-si artıq fəaliyyət göstərir. Ümumilikdə, rezidentlər tərəfindən Sənaye Parkına 36,6 milyon manat investisiya yatırılıb, 120 iş yeri yaradılıb. Bundan başqa, rezidentlər tərəfindən yeni layihələrə əlavə olaraq 12 milyon manat investisiyanın qoyulması nəzərdə tutulur.

Azərbaycanın Pakistan üçün dost və qardaş ölkə olduğunu qeyd edən səfir Bilal Haye ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, pakistanlı iş adamlarının Azərbaycanda yaradılmış sənaye zonalarına sərmayə qoymaqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video