02:08 26 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:48 26.09.2021

27 sentyabr saat 06:00...


00:45 26.09.2021

Qüdrətin nümayişi


00:37 26.09.2021

27 sentyabr


00:32 26.09.2021

Vətən olan torpaq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səfir: Azad olunmuş ərazilərdəki şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyəti bundan sonra da yaxından iştiraka hazırdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:18 31.07.2021

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcı ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, A.Quliyev ilk növbədə bu günlərdə Türkiyədə baş verən meşə yanğınları və onun fəsadları barədə xəbərin Azərbaycanda hər kəsi çox kədərləndirdiyini bildirib, bu fəlakət nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığını çatdırıb, yaralananlara Allahdan şəfa diləyib.

A.Quliyev səfiri təyinatı münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzu edib, onun iki qardaş ölkə arasında mövcud əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyindən əminliyini ifadə edib. Bildirilib ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin sərgilədiyi siyasi və mənəvi dəstək dərin köklərə əsaslanan Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, sarsılmaz birliyinin bu gün ən yüksək zirvədə olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Komitə sədri, həmçinin dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, şəhərsalma və tikinti sahəsində də sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, xüsusilə də işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə görülən işlərdə dost ölkənin yaxından iştirakından məmnunluğunu ifadə edib, bu istiqamətdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərinin maraq göstərməsini yüksək qiymətləndirdiyini qeyd edib.

Daha sonra A.Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə şəhərsalma sahəsində aparılan geniş islahatlar, komitənin əsas fəaliyyət istiqamətləri və reallaşdırdığı layihələr barədə səfirə ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən səfir Cahit Bağcı iki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını vurğulayaraq, Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərində şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyətinin bundan sonra da yaxından iştirak etməyə hazır olduğunu bildirib.

Görüş çərçivəsində şəhərsalma və memarlıq sahəsində perspektiv əməkdaşlıq imkanları üzrə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələr və mümkün birgə layihələr müzakirə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM