13:43 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Seçkilər» İnformasiya Mərkəzinin saytında seçkilər keçiriləcək bələdiyyələr üzrə məntəqələr və seçicilərin siyahısı yerləşdirilmişdir
ANA SƏHİFƏ / MSK
12:11 06.11.2011

 

Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin (İM) saytında seçkilər keçiriləcək bələdiyyələr üzrə məntəqələr və seçicilərin siyahısı yerləşdirilmişdir.

İM-dən AzərTAc-a verilən məlumata görə, əslində seçicilərin siyahısı daim "Seçicilər" İM-in saytında olur. Lakin bələdiyyələrin bir qisminə seçkilər keçirildiyindən saytda məhz seçki keçirilən bələdiyyələr üzrə seçki məntəqələrinin və seçicilərin siyahısı yerləşdirilmişdir ki, səs verən vətəndaşların rahatlığı daha da təmin olunsun.

Noyabrın 30-da 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə seçkilər keçiriləcəkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM