18 Avqust 2011 07:08
471
MSK
A- A+

Seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış növbəti kursların keçirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar N 5/12

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı mütəmadi tədbirlər həyata keçirilmiş, seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, habelə dairə və məntəqə seçki komissiyalarının sədr və üzvlərinin peşəkar hazırlığının artırılması məqsədilə onlar üçün kurslar təşkil edilmişdir.

Hazırda Mərkəzi Seçki Komissiyası həmin sərəncamın icrasının davam etdirilməsi ilə bağlı hazırlıq işləri apararaq aşağı seçki komissiyalarının rəsmiləri üçün yeni kursların təşkil edilməsi işini başa çatdırmışdır.

Belə ki, dairə seçki komissiyasının sədrləri üçün Mərkəzi Seçki Komissiyasının bazasında keçirilməsi məqsədəmüvafiq hesab edilmiş, maarifləndirmə materiallarının həcminə müvafiq olaraq Tədris proqramı və Təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuş, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edəcək dairə seçki komissiyası sədrləri üçün tədrisdən əlavə görüş və mədəni tədbirlərin keçirilməsi də daxil olmaqla, seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi üçün fəaliyyət proqramı hazırlanmış, aşağı seçki komissiyalarının digər rəsmiləri üçün isə regional kursların təşkil edilməsi qənaətinə gəlinmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilən sərəncamın icrası ilə əlaqədar hazırlıq işlərinin ilkin mərhələsini yekunlaşmış hesab edərək, cari ilin sentyabr ayının birinci yarısından gec olmayaraq seçki rəsmiləri üçün tədris kurslarının keçirilməsinin başa çatdırılmasını məqsədəmüvafiq hesab edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrasının davamı olaraq tərtib edilmiş Tədris proqramı əsasında 2011-ci il sentyabrın birinci yarısından gec olmayaraq dairə seçki komissiyası sədrləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

 

Sədr        Məzahir Pənahov

Müavin    Natiq Məmmədov

Katib       Arifə Muxtarova

 

Üzvlər

 

Şaitdin Əliyev

Fuad Cavadov

Validə Kazımova

Qabil Orucov

İlham Məmmədov

Nizami Nadirov

Tamam Cəfərova

Bəxşeyiş Əsgərov

Almas Qəhramanlı

Akif Qurbanov

Etibar Quliyev

 

17.08.2011

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video