12 Aprel 2013 01:04
390
MSK
A- A+

Seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 3/11

 

Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində 125 seçki dairəsi yaradıldıqdan sonra vaxtaşırı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və  qaydada mövcud seçki dairələrinin dislokasiyalarında  zəruri dəyişikliklər aparılmış, habelə seçki dairələrinin yenidən yaradılması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 avqust 2010-cu il tarixli 17/65 saylı Qərarı ilə təsdiq edildikdən sonrakı dövr ərzində seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan bir sıra normativ hüquqi aktlar qəbul edilmış,habelə mövcud seçki dairələrinin qanunvericilikdə nəzərdə tutulmuş normalara mümkün qədər daha çox uyğunlaşdırılması prosesinin davam etdirilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.6-cı maddəsinə əsasən, seçki dairələrinin dislokasıyalarında bu cür dəyişikliklər Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan, mütəxəssislərdən ibarət olan və hər il vahid seçici siyahıları dəqiqləşdirildikdən sonra 2 aydan gec olmayan müddət ərzində öz iclaslarını keçirməli olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın təklifləri əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin 29.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu zaman Seçki Məcəlləsinin 29.3 - 29.7-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Seçki Məcəlləsinin 29.8-ci maddəsinə əsasən, dislokasiyalara aid bütün məlumatlar Mərkəzi Seçki Komissiyasının Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemində yerləşdirildiyindən bu prosesə öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq şöbələri və aşağı seçki komissiyaları da cəlb edilir.

Ona görə də qeyd edilənlərlə əlaqədar lazımi tədbirlər görülməli, cari ilin vahid seçici siyahıları təsdiq edildikdən sonra 2 aydan gec olmayaraq müvafiq təkliflər təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Bu qərarın icrası öz səlahiyyətləri daxilində "Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya"ya, Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq şöbələrinə və dairə seçki komissiyalarına həvalə edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29-cu maddələrinə uyğun olaraq  qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 avqust 2010-cu il tarixli 17/65 saylı Qərarı ilə seçki dairələrinin dislokasiyaları yenidən təsdiq edildikdən sonra qəbul edilmiş və seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ hüquqi aktların icrası ilə əlaqədar, habelə  seçki dairələrinə dair tələblərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər görülsün.

2. Cari ildə vahid seçici siyahıları təsdiq edildikdən sonra 2 aydan gec olmayaraq  müvafiq təkliflər təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilsin .

3. Qərarın icrası öz səlahiyyətləri daxilində "Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya"ya, Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq şöbələrinə və dairə seçki komissiyalarına həvalə edilsin.

4. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

11.04.2013

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video