03 Avqust 2021 00:34
589
SİYASƏT
A- A+

Səccad KƏRİM: “Prezident İlham Əliyev Azərbaycanın maraqlarını hər şeydən üstün tutan müdrik liderdir”

 

“Avropa İttifaqı (Aİ) Azərbaycan ilə çox yaxın əlaqələrin qurulmasında maraqlıdır. Aİ-nin Cənubi Qafqazda önəm verdiyi ən mühüm məsələlərdən biri də regionda sülhün bərqərar olmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin dərin strategiyaya əsaslanan liderliyi yüksək qiymətləndirilməlidir. Azərbaycan Prezidentinin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlər təqdirəlayiqdir. Prezident İlham Əliyev Azərbaycanın maraqlarını hər şeydən üstün tutan müdrik liderdir. Azərbaycan Prezidenti bu prinsipə əsaslanaraq hər bir dialoqa açıq, ölkəsinin inkişaf hədəflərindən uzaqlaşmadan bu yolda nə istədiyini bilən dövlət başçısıdır. Bu baxımdan Prezident İlham Əliyev dünyanın müdrik liderlərindən biridir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Kərim deyib.

Yenidən Bakıda olmaqdan məmnunluq duyduğunu vurğulayan qonaq bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazdakı nümayəndə heyətinə 2019-cu ilədək beş il ərzində rəhbərlik edib. S.Kərim deyib: “O dövrdən indiyə qədər çox şey dəyişib. İnanıram ki, Azərbaycan- Avropa İttifaqı dialoqunun genişlənməsinə öz töhfəmi verəcəyəm”.

Qeyd edək ki, Səccad Kərim Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər edəcək.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video