09:46 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəbəkələr

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:35 04.04.2021

 

Yaxın və Orta Şərq memarlığında qeyri-maddi mədəni irs nümunəsi bu gün də yaradılır

 

Sənətkarlıq baxımından diqqət çəkən əl işlərindən biri də, şəksiz ki, şəbəkə sənətidir. XI-XII əsrlərdən etibarən Azərbaycan milli memarlığında tətbiq edilən, dekorativ sənət növlərindən olan şəbəkə incəsənət əsəri rəngli kiçik şüşə parçalarını yapışqan və mıx olmadan bir-birinə bənd edən ağac elementlərindən ibarət müstəvidir.

Bir qədər də sadə dillə desək, şəbəkə sənətinin əsas “sirri” balaca alətlərin  arasına kiçik şüşə parçalarının qoyulduğu çıxıntılı-girintili ağac hissələrinin bir-birinə keçirilməsidir. Parçalar bərk oduncaqlı ağac növlərindən - şümşad, qoz, fıstıq və palıddan hazırlanır. Tor və ya barmaqlıq mənasını verən şəbəkənin naxışları Günəşi, həyat enerjisini, zamanın əbədi axarını və kainatın sonsuzluğunu simvolik ifadə edir.

Ustaların dediyinə görə, şəbəkə səthinin ölçüləri bir neçə kvadratsantimetrdən kvadratmetrədək dəyişilə bilər. Şəbəkə sənəti əsərlərinin memarlıqla əlaqəsi çoxdur. Buna görə də memarlıq qurğusunun hissəsi - qapı, pəncərə, pilləkən məhəccəri və şirma, çıraq, sandıq, dolab kimi interyerdə istifadə edilən ayrı-ayrı əşyalar olmaqla, iki istiqamətdə təsnif olunur. Şəbəkə ornamentinin əsası daha çox düzgün formalı həndəsi fiqurlardan ibarət olur. Bu baxımdan şəbəkə kompozisiyaları həmin fiqurların bucaqlarının sayına görə - “səkkiz”, “on iki”, “on altı” və s. kimi xarakterizə edilir.

Azərbaycanda şəbəkə sənətinə gəlincə, Şəki Xan Sarayı bu baxımdan daha çox diqqətçəkəndir. Sarayın birinci mərtəbəsinin əsas zalının cənubundakı şəbəkəli fəvvarə bura qədəm basan hər kəsi heyran edir.

Bədii sənətkarlığın şəhər növü kimi şəbəkə sənəti və rəmzlərinin yayıldığı ərazilər Azərbaycanın tarixi şəhərləri - Şəki, Şuşa, Ordubad, Bakı, Gəncə, Lənkəran, Naxçıvan, həmçinin Rusiya Federasiyası ərazisində yerləşən, azərbaycanlıların yığcam yaşadığı Dərbənd şəhəri olub.

Şəbəkə sənətinin əsas mərkəzi bu gün daha artıq xalis, klassik görünüşdə təmsil olunduğu Şəki şəhərindədir. Burada həmin sənət növünün XVIII-XIX əsrlərə aid qiymətli inciləri toplanıb. Çünki şəbəkə ənənəsi XX əsrin ortalarında bərpa edilərkən öz ikinci nəfəsini məhz buradan almışdı. Bu sənətin klassik nümunəsi 1762-ci ildə işlənən Şəkidəki Şəki xanlarının sarayındadır. Sarayın naxışları şəbəkənin canlı ənənəsini və onun vizual dilini tam həcmdə dövrümüzədək gətirib çatdırıb.

Şuşa şəhərində də şəbəkədən istifadə edilib. Bəzi kompozisiyaları xüsusi görünüşə malik olan Zöhrabbəyovların evinin pəncərə şəbəkəsi həndəsi formaların sadəliyi və xüsusi rəng həlli ilə seçilir.

Şəbəkə sənəti və onun rəmzlərinin daşıyıcıları xalq sənətkarlarıdır. Tanınmış şəbəkə ustalarından naxçıvanlı Mehdi Mehdiyevin, Şahbuzlu Abuzər Bədəlovun, şəkili Abbasqulunun adlarını çəkmək olar. Bu sənətin bilavasitə ötürücüsü, canlı şəbəkə ənənəsini XX əsrə gətirib çatdıran Əməkdar incəsənət xadimi Əbdülhüseyn Babayev olub. Şəbəkə ənənəsinin yenidən canlanması isə daha çox usta Əşrəf kimi tanınan Əşrəf Rəsulovun adı ilə bağlıdır. Bu gün həmin ənənəni oğlu Tofiq və nəvəsi İlqar davam etdirir. Adı çəkilən sənətkarlardan başqa, bu sahədə Şəkidən Soltan İsmayılov, Hüseyn Mustafazadə, Ordubaddan Cabir Cabbarov, şuşalı Rafiq Allahverdiyev kimi barmaqları zərgər olanlar da məşhurdurlar. Bu sənətkarlar tərəfindən bir sıra maraqlı əsərlər yaradılıb və keçmişin bəzi kompozisiyalarının bərpa işləri yerinə yetirilib. Məsələn, Hüseyn Mustafazadə 2002-2004-cü illərdə Almaniyanın “Den Kmalkoh Ege Meck Hembelq GMB” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Şəki xanlarının sarayının bərpasında yaxından iştirak edib.

Şəbəkə ustalarının fikri yekdildir: sənəti sənətkar, sənətkarı da sənət yaşadar...

 

Məhəmməd NƏRİMANOĞLU,

İlham BABAYEV (foto),

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM