09 Fevral 2014 01:02
539
Oxucu məktubları
A- A+

Sayğac harada qoyulmalıdır

 

Hörmətli redaksiya!

Sizə müraciət etməkdə məqsədimiz var. İstəyirik ki, üzləşdiyimiz problemin həllində bizə yardımçı olasınız. Mən hazırda təqaüddəyəm. Əvvəllər isə müxtəlif vəzifələrdə çalışmışam. Həyatda çox bərkə-boşa düşmüşəm. Dünyanın yaxşısına da, pisinə də bələdəm. Amma indi üzləşdiyimiz bir problem bizi çıxılmaz vəziyyətdə qoyub. Yaşadığımız Vidadi küçəsində qaz sayğacları həyətin içərisində yox, çölündə yerləşdirildi. Bu günlərdə əli dinc durmayan hansısa bir mərdimazar bizim küçədə xeyli qaz sayğacını sıradan çıxarıb. Rayon qaz istismar idarəsinə də, polisə də bu barədə məlumat vermişik ki, tədbir görsünlər. Oğru hələ tapılmayıb, amma rayon qaz istismarı idarəsi cinayətkarın yerinə müştərilərini cəzalandırmağa başlayıb. Akt bağlayıb abonentləri cərimə edirlər.

Sual yaranır: biz həyətimizdən çöldə olan sayğaca necə nəzarət edə bilərik? Olmaz ki, sayğaclar çöldə yox, həyətdə yerləşsin?

Bax bu məsələ indi Sabirabadda problemə çevrilib. Çox istəyirik ki, əlaqədar təşkilatlar bu mübahisəni ədalətlə həll etsinlər.

 

Adil İSMAYILOV,

Sabirabad şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video