11:28 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sarkisyanla Koçaryan da yollarını ayırır

ANA SƏHİFƏ / SİYASƏT
00:33 15.04.2021

 

Ermənistanda seçkiqabağı iqtidar və müxalifətin qarşılıqlı ittihamları getdikcə daha sərt xarakter alır. Xüsusilə görünən odur ki, müxalifət həm də Nikol Paşinyanı təhdid etməklə təzyiqlərini artırmağa çalışır. Bunlara cavab olaraq baş nazir rəqiblərinə qarşı inzibati metodlardan istifadəni daha da genişləndirir.

Özü də bu o vaxt baş verir ki, keçmiş hərbi xunta ilə müxalifət arasında ziddiyyətlər dərinləşir. Ermənistanda nəşr olunan “Qraparak” qəzeti də sözügedən xüsusda maraqlı məlumat yayıb. Qəzet yazır ki, Ermənistan müxalifəti əsas qüvvələri birləşdirərək seçkilərə vahid birliklə, bu da olmasa, bir neçə böyük blokla gedə biləcəyinə ümid edirdi, amma məyus oldu. Bu gün  Ermənistan müxalifətinin liderləri arasında kəskin fikir ayrılıqları yaranıb. İndi bir çox müxalifətçi böyük bir birləşmənin uğursuz olmasından, hətta kiçik birləşmələrin parçalana biləcəyindən məyus olub.

Qeyd edilir ki, müxalif cəbhədə əsəblər tarıma çəkilib. Kulislərdə gedən müzakirələrdə parçalanmanın əsas günahkarları kimi Serj Sarkisyan və Robert Koçaryanın adları çəkilir. İddiaya görə, sabiq prezidentlər Nikol Paşinyanla yox, bir-biri ilə daha çox mübarizə aparırlar və əgər onlar fikir ayrılıqlarını kənara qoyub birləşə bilsəydilər, baş nazirə çətinlik yarada bilərdilər.

Qəzet yazır ki, Koçaryandan fərqli olaraq, Sarkisyan yenidən hakimiyyətə gəlməkdə maraqlı görünmür: “Sarkisyan daha çox özünün komandasının məsələlərini həll etməyə çalışır. Koçaryana gəlincə, onun bir çox əsassız ambisiyaları var, heç kimə güzəştə getmək istəmir, dominant fiqur olduğunu və bu səbəbdən də siyahını təkbaşına hazırlamağı düşünür. Buna görə də Koçaryanın ətrafında birləşməyə hazır olan bir çox siyasi qüvvə, o cümlədən daşnaklar tərəddüd etməyə başlayıblar. Onlar bu qatarda sonuncu vaqon olmaq istəmirlər. Müxalifətin belə bir parçalanması isə yalnız Nikol Paşinyanın xeyrinədir”.

Belə bir vəziyyətdə Paşinyan xuntaya qarşı inzibati metodları işə salıb. Ermənistanın baş prokurorluğu S. Sarkisyanın dövlət sirlərini açması ilə bağlı ona qarşı cinayət işinin qaldırılması məqsədilə hərbi polisə müraciət edib. Baş prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan “Azatutyun” radiosuna açıqlamasında   bildirib ki, Serj Sarkisyan “Armnews” telekanalına müsahibəsində iqtidarı müharibə vaxtı ordunu qarət etməkdə günahlandırıb. Məsələn, o deyib ki, müharibə günlərində hökumət Müdafiə Nazirliyinin məlumatı olmadan zirehli jiletlər alıb. Onun dediyinə görə, jiletlərin qiyməti bazar qiymətindən dəfələrlə çox göstərilib.

Sarkisyan onu da bəyan edib ki, hökumət hər bir jiletə 600 dollar xərcləyib. Keçmiş prezident bildirib ki, onun hakimiyyətdə olduğu vaxt maliyyə mənbələri dəqiq göstərilməklə müasir silahların alınması planı təsdiqlənib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri də daxil olmaqla 2500 PUA 2024-cü ilədək alınmalıymış. Döyüş dronlarından 1000 ədədi Ermənistana 2020-ci ilədək verilməliymiş, lakin Nikol Paşinyanın hökuməti bu proqramı dəyişib. İndi bu fikirlər Sarkisyana qarşı cinayətdə istifadə edilir.

Keçmiş prezidentin vəkili Amram Makinyan “Azatutyun” radiosuna deyib ki, S.Sarkisyana qarşı cinayət işləri idarə olunan prosesdir: “Mən bütün bu prosesi absurd kimi qiymətləndirirəm. Serj Sarkisyan dövlət sirləri ilə 20 illik iş təcrübəsinə malikdir. O, informasiyanın və dövlət sirrinin nə olduğunu yaxşı bilir. Mən bir ritorik sual verəcəyəm: İki ay əvvəl verilmiş müsahibə niyə onların yadına indi düşüb?”

Bu arada S.Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan yenidən həbs edilib. Xatırladaq ki, Narek Sarkisyan 2018-ci ildə İnterpolun və Çexiya polisinin əməkdaşları tərəfindən Praqadakı mənzillərdən birində saxlanıb. O, həmin ilin iyulundan axtarışa verilmişdi. Polisin verdiyi rəsmi məlumata görə, keçmiş prezidentin qardaşı oğlu Qvatemala vətəndaşı Franklin Qonzalesin adına saxta pasportla saxlanıb.

Ötən ilin iyununda Çexiya məhkəməsi Narek Sarkisyanın Ermənistana ekstradisiyasına dair Yerevanın ricasını təmin edib. Robert Koçaryana qarşı isə məhkəmədə rüşvətalma ittihamı üzrə iş davam edir. Bu, sabiq prezidentlərin güc yolu ilə sıradan çıxarılması deməkdir. Belə vəziyyət seçkilərdə Paşinyana qalib gələ bilmək üçün yeni imkanlar yaradır.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM