31 Mart 2021 00:18
620
Təhsil
A- A+

Şanlı Qələbə dahi intellektin nəticəsidir

 

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinə yekun vurulmuşdur.

Əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəsinin təbliği, eləcə də böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması, onların arasında vətənpərvərlik ruhunun təbliğ olunması istiqamətində görülən işlərin daha da genişləndirilməsi olan müsabiqə 2 mərhələdən ibarət olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətində təşkil edilən elmi konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, təhsil nazirinin müavini Firidun Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhrəmov, müsabiqənin Bakı şəhər turunun qalibləri seçilmiş şagirdlər iştirak ediblər. Eyni zamanda konfransa digər iştirakçı şagirdlər, paytaxt rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, qalib şagirdlərin elmi rəhbərləri və onların təhsil aldıqları məktəblərin rəhbərləri də videoformatda qoşulmuşlar.

Konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirmişdir ki, uzun illərdir erməni millətçiləri azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı soyqırımı siyasəti aparıblar. Əgər iki əsr əvvəl İrəvan xanlığının 70 faizi, Zəngəzurun böyük hissəsinin əhalisi azərbaycanlılardan ibarət idisə, indi həmin torpaqlarda bir nəfər də olsun soydaşımız qalmayıb. Bu siyasətin davamı olaraq ötən əsrin 90-cı illərində torpaqlarımızın 20 faizi işğal edilib.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə qüdrətli iqtisadiyyat və bu iqtisadi baza üzərində güclü ordu yaradılıb. Beynəlxalq münasibətlər və informasiya sahəsində böyük uğurlar əldə edilib. Bunun nəticəsində müharibədə şanlı Qələbə qazanılıb və torpaqlarımız işğaldan azad edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə son əsrlərdə Azərbaycanın ilk hərbi qələbəsidir. Bütün bunlar dövlət başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət fenomenini bir daha sübut edir.

Digər çıxışçılar da müsabiqənin əhəmiyyətini qeyd edərək Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulamışlar. Qeyd edilmişdir ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 33 nəfər şagird Bakı şəhər mərhələsinə iştirak üçün vəsiqə qazanıb və onlar Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər.

Qalib məktəblilərin çıxışlarından sonra bu referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirilmişdir.

 

 Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video