25 May 2014 12:05
603
Oxucu məktubları
A- A+

Şanım, şərəfim, şöhrətim mənim

 

Hörmətli redaksiya!

Talistan kəndində 36 ildir ki, ibtidai sinif müəllimi işləyirəm. Hər gün onlarla uşağa dərs deyirəm. Nədən danışsam, nədən şagirdlərimlə söhbət etsəm, daxilimdə bir vətən yanğısı, bayraq sevgisi, torpaq mövzusu var. Əsrlər boyu bayraqsız yaşadıq. Baş əydiyimiz bayraqlar özgənin oldu. Ona görə də bu gün özümü azad, müstəqil dövlətin vətəndaşı, müəllimi kimi əlli, yüz il əvvəlki müəllimlərdən dəfələrlə xoşbəxt sayıram. Şagirdlərim balaca olsalar da, izah edirəm. Sovet bayrağı var idi. Ona and içirdi oğullarımız əsgər gedəndə, onun keşiyini çəkirdilər, onu qoruyurdular. İkinci Dünya müharibəsində də əmilərimiz və babalarımız o bayrağı sovet qoşunlarının tərkibində Berlinə qədər apardılar. Lakin o bayraq dalğalandıqca torpaqlarımız erməni qəsbkarlarına hədiyyə edilirdi, yüz minlərlə soydaşımız qətlə yetirilir, ana torpaqlarından qovulurdular. Bizi qatillərimizə qardaş deməyə məcbur etdilər. "Hinger Hayastan" oxuyardı uşaqlar, total bir sevgini damarlarımıza, qanımıza yeritmişdilər, hamımız Şaumyan - Azərbaycan xalqının ən qəddar və rəzil düşməni haqqında xilaskar şeirlərini öyrənərdik, onun heykəlinə baş əyər, önünə çiçəklər düzərdik.

Bu gün özümü ona görə xoşbəxt sayıram ki, qapını açıb sinif otağına girəndə uşaqlarımıza həqiqəti deyə bilirəm, erməni faşistlərinin törətdiyi saysız cinayətlərdən danışıram, onları yalana alışdırmırıq. Müəllimlər Xocalı faciəsindən, ermənilərin törətdiyi saysız soyqırımılarından, etnik təmizləmələrdən danışırlar. Həqiqətlər olduğu kimi təqdim edilir, yalanlarla pərdələnmir.

Bəzən mənə elə gəlir ki, biz müstəqil dövlətin müəllimləri yalnız öz yerimizə yox, tarix boyu susdurulan, dilinə, düşücəsinə qadağalar qoyulan müəllimlərin də yerinə danışırıq, dərs deyirik. Bütün bunlara görə özümü müəllim kimi xoşbəxt sayıram.

Xalq üçün ya bayraqsız, ya da özgə bayrağı altında yaşamaq əbədi məhbəsə atılmaq kimidir. Xalqın tarixini gizlətmək, onun faciələrini danmaq xalqın gözlərini bağlamaq kimidir. Axı, bayraq da, tarix də hər bir xalqa birlik üçün, bərabərlik və azadlıq üçün, gələcəyə doğru irəliləmək üçün hava, su qədər vacibdir. Bayrağı dalğalanan xalq yenilməz olur. Keçmişini, faciələrini bilən millət ehtiyatlı olur. Müstəqillik bizə də imkan verdi ki, bayrağımızı başımızın üstünə qaldıraq, onun dalğalanan nurunda keçmişimizə boylanaq, faciələrimizin böyüklüyünü dərk edək. Müstəqillik həm də bizə özümüzü bir xalq kimi yenidən kəşf etməyə, yenidən ucaltmağa imkan verdi. Ona görə də uşaqlarımız da xoşbəxtdirlər ki, dostu dost, düşməni də düşmən kimi tanıyırlar.

 

Surə CƏBRAYILOVA,

ibtidai sinif müəllimi,

İsmayıllı rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video