15 Avqust 2021 02:28
770
İQTİSADİYYAT
A- A+

Şamaxıda kartof yığımı davam edir

 

Şamaxı rayonunda torpaq mülkiyyətçiləri kartof yığımını davam etdirirlər. İndiyədək sahələrdən 1631 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a  verilən məlumatda bildirilib ki, Şamaxıda cari mövsümdə 338 hektarda kartof yetişdirilib. Bu, ötən ildəkindən 10 hektar çoxdur. Hələlik 250 hektardan çox sahənin məhsulu yığılıb və hazırda şimal dağlıq ərazilərdə yığım davam etdirilir. Rayonun daha çox kartof əkilən ərazilərində, xüsusilə Qızmeydan, Əlçiman, Qonaqkənd və bir sıra digər ərazı icra nümayəndəliklərində məhsul yığımı mütəşəkkil davam edir. Bu ərazilərdə sahibkarlar hər hektardan 120-130 sentner kartof götürürlər. Yığılan məhsulun bir hissəsi yerli bazarlara çıxarılır.

Qeyd edək ki, kartofçuluq Şamaxı rayonunda ənənəvi təsərrüfat sahəsidir. Bölgədə cari mövsümdə 1800 tondan çox məhsul istehsal ediləcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video