06 Mart 2021 02:54
1028
İQTİSADİYYAT
A- A+

Salyanlı taxılçılar yemləmə gübrəsindən korluq çəkmirlər

 

Qəribədir, taxıl qida olsa da, özünün də qidaya ehtiyacı var. Bu qida azot və karbamit gübrələridir. Uzun illərin təcrübəsi göstərir ki, ən mühüm aqrotexniki tədbirlərdən biri olan bu iş vaxtında və keyfiyyətlə görüldükdə zəmilər normal boy atır, sahələr yüksək məhsul yetişdirir.

Belə münasibət sayəsində salyanlı fermerlər keçən il yaxşı nəticələr əldə etmışlər. Buğda sahələrindən 43,5, arpa zəmilərindən 37,7 sentner məhsul götürmüşlər. Bir çox fermerlər və torpaq mülkiyyətçiləri isə rayon göstəricisini üstələmişlər. Məsələn, Qulu Novruzov, Mərdan Cəlilov, Eyvaz Hüseynov və başqaları hər hektardan 45-55 sentner arasında taxıl biçmişlər.

Bu ilin məhsulu üçün keçən ilin payızında rayon üzrə 16 min 860 hektarda taxıl əkilmişdir ki, onun da 5 min 708 hektarı buğda, 11 min 152 hektarı arpadır. Təcrübəli əkinçilər səpin zamanı ammofos gübrəsindən istifadə etmişlər. Keçən ilin payızının, eyni zamanda cari ilin qışının nisbətən yağmurlu, qarlı-şaxtalı keçməsi taxıl əkilən sahələrdə yaxşı çıxış alınmasına, bitkilərin kök bağlamasına, ziyanvericilərin məhv olmasına öz müsbət təsirini göstərmişdir.

Lakin il uğurlu gəlsə də, fermerlər arxayınlaşmır, tez-tez sahələrə baş çəkir, müşahidələr aparır, lazımi işləri görürlər. Hazırda onlar sahələrə azot və karbamid gübrələri verirlər. Onlar rayona gübrə göndərən şirkətlərin rəhbərlərindən, həmin şirkətlərin rayondakı kommersiya şəbəkələrindən razılıq edirlər: “Sağ olsunlar, dövlət tərəfindən fermerlərə veriləcək vəsaitin kartlarımıza yüklənməsinin ləngiməsinə baxmayaraq, bizə inanıb nisyə şəkildə gübrə verirlər. Bu isə becərmədəki yubanmanın qapşısını alır”.

Hər bir fermer çalışır ki, taxıl əkdiyi sahəyə gübrəni vaxtında versin. 40  texnika hər gün 800-1000 hektar sahəyə gübrə səpir. Bu mühüm işin Novruz bayramınadək başa çatdırılması üçün hər kəs səylə çalışır. Sahələrin suvarılması da fermerlərin diqqət mərkəzindədir. Sahələrə bir neçə gün sonra su buraxılır ki, bu da səpilən gübrənin bitki tərəfindən mənimsənilməsinə şərait yardır.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video