20 Aprel 2021 00:17
454
ELANLAR
A- A+

Salyan Rayon İcra Hakimiyyəti  2021-ci ildə Salyan şəhərinin küçə və səkilərinin əsaslı təmiri işlərinin satın alınması məqsədilə açıq tender elan edir

 

Salyan şəhərinin küçə və səkilərinin əsaslı təmiri işlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının analoji işlərdə təcrübəsi, təmir-bərpa işləri üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Muqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Portal vasitəsilə ala bilərlər. Əlaqələndirici şəxs: Lalayev Mahir İdris oğlu, telefon: 0-21-255-50-23.

 

İştirak haqqı: 1000 manat

Təşkilat: Salyan Rayon İcra Hakimiyyəti

17 saylı Regional Xəzinədarlıq İdarəsi

Dövlət Xəzinədarlıq Agentliyi

Hesab: AZ41NABZ01360100000000003944  

VÖEN:1401555071

Kod: 210005

Fond 7Y

Salyan Rayon İcra Hakimiyyəti

Hesab: AZ36CTRE00000000000002513131

VÖEN: 7000028611

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

2. Tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;

4. İddiaçının (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə  aşağıdakılar daxildir.

4.1 İddiaçının (podratçının)  tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2 İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

4.3 İddiaçının (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir);

 

- Azərbaycan Respublikasında vergilərə və sosial sığorta ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- Dövlət Vergi Xidməti tərəfindən həmin iddiaçının işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış.

İddiaçılar (podratçılar)  tenderdə iştirak  etmək üçün 1 və 4-cü bəndlərdə göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 may 2021-ci il saat 12:00-a kimi Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etməlidirlər.

Tender təklifi və bank zəmanətini isə 25 may 2021-ci il saat 12:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaq. İddiaçıların təklifləri 26 may 2021-ci il saat 12:00-da elektron Portal  vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video