07:41 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:31 16.04.2021

 Ramazan ayında sahur və iftarda düzgün qidalanma çox vacib məsələlərdən biridir. Bəzən insanlar bu ayda orucu gecədən tutur, sahurda iştirak etmirlər. Əslində imsaqda oyanmamaq həm dini, həm də sağlamlıq baxımından düzgün sayılmır.

Diyetoloqlar da oruc tutanlara diqqətli olmağı tövsiyə edirlər. İmsaqda çox yemək məsləhət deyil, heç yeməmək isə problemlər yarada bilər. Sahur günün müəyyən hissəsinə kimi orqanizmin enerjili olmasını təmin edir.

Həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Sahur qidalarından alınan enerji günün böyük bir hissəsində orqanizmin zəifləməməsi və gücdən düşməməsinə kömək edir. Gecə saat 4-ə qədər oyaq qalıb sahur etmək orqanizm tərəfindən səhər yeməyi kimi yox, gecə yeməyi kimi qəbul edilir, çünki mərkəzi sinir sistemi istirahət etmir”.

Onun dediyinə görə, sahur etməyənlər gün boyu yorğun olur, bədəndə maddələr mübadiləsi zəifləyir. İmsaqda qəbul edilən qidalar isə digər günlərdə də oruc tutmağa təsir göstərir.

“Sahur etməyəndə halsızlıq və yorğunluq yaranır və bu, tonusa təsir edir, təzyiqin aşağı düşməsinə səbəb olur. Axşam iştahanın çoxalması və qidaya olan tələbatın artması özünü idarəetmənin itirilməsi ilə nəticələnir”, - deyə həkim-diyetoloq əlavə edib.

Sahurda həzm prosesini sürətləndirən meyvə-tərəvəzə, lifli qidalara və süd məhsullarına üstünlük verilməlidir. Duzlu-yağlı və xəmir xörəklərindən uzaq durmaq, çoxlu maye qəbul etmək lazımdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM