06 Yanvar 2012 12:01
367
İQTİSADİYYAT
A- A+

Sahibkarlara 138 milyon manat güzəştli kreditlər verilib

 

Cari il bu cür kreditlərin həcmi 200 milyon manata çatacaq

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2011-ci ilin son tədbiri Qazax rayonunun I Şıxlı kəndində keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə Qazax və ətraf rayonlardan olan 100-dək sahibkar iştirak edib.

Tədbirdə fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Qazax rayonunda həyata keçirilən layihələr, "2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində SKMF tərəfindən görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, 2011-ci il ərzində Gəncə-Qazax iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin 296 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,8 milyon, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 9 investisiya layihəsinin maliyyələşdirilməsinə 11,8 milyon və 287 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 2 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 950 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Ümumilikdə isə 2011-ci il ərzində SKMF-in vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 1 643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat güzəştli kreditlər verilib.

Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkarlıq subyekti 551 min manat güzəştli kreditlər alıb. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, 2012-ci ildə SKMF sahibkarlara investisiya layihələrinin maliyyələşdirilməsi üçün 200 milyon manat güzəştli kreditlər verəcək. Vəsaitin 90 milyon manatı dövlət büdcəsindən, 110 milyon manatı isə geri qaytarılan vəsaitlər hesabına təmin olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video