Sahibkarlar gömrükçülərin fəaliyyətindən razıdırlar
Kənd təsərrüfatı məhsullarının ixrac və idxalı ilə məşğul olan iş adamlarının uğurunu, eyni zamanda bu sektorun iqtisadiyyata faydasını şərtləndirən əhəmiyyətli amillərdən biri də gömrük münasibətləri, tənzimləmələridir.
Son illər Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları əsasında gömrük sistemində əsaslı islahatlar aparılmış, malların bəyan olunmasının elektron qaydada həyata keçirilməsi təmin edilmiş, gömrük nəzarəti və sənədləşdirmə prosedurları yeni tələblər əsasında qurulmuşdur. “Bir pəncərə”, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” və digər yeniliklər idxal-ixrac əməliyyatlarının sürətlə, eyni zamanda şəffaf şəkildə həyata keçirilməsinə səbəb olmuşdur. İqtisadi təhlükəsizliyimizin təmin olunması, daxili bazarın qorunması, ticarətin, həmçinin gömrük əməliyyatlarının asan, dəqiq və tez bir zamanda aparılması istiqamətində gömrük orqanlarının fəaliyyəti diqqətçəkəndir. Bakı Baş Gömrük İdarəsinin (BBGİ) fəaliyyəti bu xüsusda seçilir.
BBGİ-də idxal-ixrac əməliyyatları ilə məşğul olan biznes subyektləri ilə vaxtaşırı görüşlər keçirilir. Belə görüşlərdə gömrükçülər biznesmen-gömrük əməkdaşlığının inkişaf etdirilməsindən, qarşılıqlı işgüzar münasibətlərin qanunvericiliyin tələbləri çərçivəsində qurulmasının vacibliyi və əhəmiyyətindən söz açır, mövcud vəziyyəti öyrənir, irad və təklifləri dinləyir, birgə müzakirələr aparırlar. İdarə əməkdaşları sahibkarları narahat edən məsələlərlə maraqlanır, sualları cavablandırır, problemlərin operativ və obyektiv şəkildə aradan qaldırılması üçün əllərindən gələni əsirgəmirlər. Sahibkarlar da öz növbələrində gömrük orqanlarının bu sahədəki məsuliyyətli və peşəkar yanaşmasını yüksək qiymətləndirirlər. Gömrük idarəsinin bütün işçiləri peşəkarlıqları və mənəvi keyfiyyətləri ilə fərqlənirlər. Onlar xidməti vəzifələrinin icrası zamanı prinsipial, qərəzsiz, ədalətli olmağa çalışır, qanunun aliliyini rəhbər tuturlar.
Bakı Baş Gömrük İdarəsinin kollektivi Azərbaycan Respublikasının, gömrük xidmətinin nüfuzunu möhkəmləndirməyə, gömrükçü adını və şərəfini uca tutmağa çalışır. Bir vətəndaş və sahibkar olaraq idxal və ixracla bağlı bu idarəyə müraciət etdiyim zaman bürokratik əngəllə, süni maneə ilə rastlaşmamışam. Əksinə, hər dəfə idarənin hər bir işçisindən diqqət və qayğı görmüşəm. Bu səbəbdən Bakı Baş Gömrük İdarəsinin kollektivinə, gömrük əməkdaşlarına bir sahibkar kimi təşəkkür etmək istəyirəm. Əminəm ki, onlar bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, ölkəmizin iqtisadi yüksəlişinin təmin olunmasına, gömrük münasibətlərinin müasir və mütərəqqi platformada inkişafına yeni-yeni töhfələr verəcəklər.
Həmid MƏMMƏDOV,
“NNM GROUP” MMC-nin təsisçisi və rəhbəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!