01 Avqust 2021 01:40
917
İQTİSADİYYAT
A- A+

Sahibkar və menecerlər beynəlxalq ixtisasartırma kursunu başa çatdırıblar

 

Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma kursu keçən sahibkar və menecerlər üçün təlimlər başa çatıb.

Qida məhsullarının istehsalı və xidmət sahələrində fəaliyyət göstərən sahibkar və menecerlərə onlayn formatda beynəlxalq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, may-iyul ayları ərzində sahibkar və menecərlər Almaniyanın “AHP İnternational” Tədris Mərkəzinin ekspertləri tərəfindən keçirilən onlayn təlimlərdə menecment sahəsində beynəlxalq təcrübə barədə məlumatlandırılıb, bu sahədə praktiki vərdişlərə yiyələnib və onlara alman şirkətləri ilə əlaqələrinin qurulmasına dəstək göstərilib.

Pandemiya bitdikdən sonra kursu uğurla başa vurmuş sahibkar və menecerlərin Almaniyaya bir həftəlik səfərlərinin təşkili nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilir. Proqramın Azərbaycan tərəfdən əlaqələndiricisi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Almaniya tərəfindən isə GİZ-dir. İndiyədək proqramdan 467 sahibkar və menecer yararlanıb. Pandemiya səbəbindən ixtisasartırma kursu onlayn formatda davam etdirilir. Proqramda iştirak etmək istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video