26 Iyul 2021 22:13
777
PARLAMENT
A- A+

Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının məruzəçisi ilə görüşüb  

 

İyulun 26-da Milli Məclisin sədri Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi Pol Qavan ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibə Qafarova Azərbaycanla Avropa Şurası arasında əlaqələrin uğurlu tarixi proses keçdiyini qeyd edib. Milli Məclisin sədri bildirib ki, Azərbaycan təşkilata üzv olduğu dövr ərzində üzərinə götürdüyü öhdəliklərə daim hörmətlə yanaşıb və qarşı tərəfdən də eyni mövqenin nümayiş etdirilməsini gözləyir. Biz Avropa Şurasında Azərbaycanla bağlı obyektiv yanaşmanın olmasını istəyirik. Milli Məclisin sədri bir sıra hallarda təşkilatda ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz münasibətin, yalan iddialara əsaslanan qərəzli yanaşmanın olduğunu bildirərək, bu kimi halları sərt tənqid edib.

Sahibə Qafarova məruzəçi Pol Qavan tərəfindən hazırlanan "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" adlı hesabat haqqında danışaraq ümid etdiyini bildirib ki, sənəd obyektiv və ədalətli olacaq. Sədr deyib ki, Azərbaycan həmişə AŞPA-da artıq həllini tapmış Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, qaçqınlar və məcburi köçkünlərin məsələləri haqqında müzakirələrin aparılmasını və müvafiq obyektiv sənədlərin qəbul olunmasını istəyib və bununla bağlı dəfələrlə təşkilatda məsələ qaldırıb. İndi hazırlanan hesabat obyektiv faktlara əsaslanmalı və AŞPA ədalətli bir yanaşma ortaya qoymalıdır.

Sonra Sahibə Qafarova diqqəti 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə və sonrakı mərhələdə Ermənistan tərəfindən törədilən təxribatlara yönəldib. Bildirilib ki, 30 il ərzində münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Nəhayət, ötən il Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etdi və öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi.

Məruzəçi Pol Qavanın Ermənistanda yalnız Yerevan şəhərində səfərdə olduğu üçün Azərbaycanda da təkcə Ağdam şəhərinə gedəcəyi barədə məlumata münasibət bildirən Sahibə Qafarova qeyd edib ki, Ermənistan işğala məruz qalmayıb, Ermənistan ərazisində nə müharibə olub, nə də orada müharibə dağıntıları var. Bu gün Azərbaycanın bir çox şəhər və rayonlarında Ermənistanın işğalçılıq siyasətinin, terrorunun, müharibə cinayətlərinin izlərinə rast gəlindiyini vurğulayan Sahibə Qafarova təəssüf hissi ilə qeyd edib ki, Pol Qavan Gəncə şəhərinə səfər etməyəcək. Qeyd edib ki, Gəncə şəhərinə Ermənistan tərəfindən endirilən raket zərbələri nəticəsində mülki insanlar həlak olublar. Əgər məruzəçi gedib orada Ermənistan tərəfindən törədilən müharibə cinayətlərini, terroru öz gözləri ilə görsə, onda hazırlayacağı hesabat daha dolğun ola bilər.

Pol Qavanın Ağdam şəhərinə səfəri zamanı Ermənistan tərəfindən törədilən dağıntılara şahid olacağını bildirən Sahibə Qafarova vurğulayıb ki, Ağdam bu gün sözün həqiqi mənasında Xirosimanı xatırladır. Ermənistan 30 il ərzində işğal altında saxladığı Ağdamda və bu gün işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb.

Görüşdə S.Qafarova Azərbaycanın regionda davamlı sülhün təmin olunmasını istədiyini, bunun üçün lazımi addımları atdığını və bundan sonra da atmağa davam edəcəyini qeyd edib. Lakin Ermənistan təxribatçı əməllərindən əl çəkmir, sərhəddə təxribatlar törədir, hərbi əsirlər barədə həqiqətə uyğun olmayan məlumatlar yayır. O, Ermənistanın minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina etməsinin müharibə cinayəti olduğunu vurğulayaraq qeyd edib ki, son dövrlərdə 140-dan çox şəxs Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində həlak olub və yaralanıb. Bunların sırasında hərbi qulluqçularla yanaşı mülki şəxslər də olub. Təkcə Ağdam rayonunda Ermənistan tərəfindən 97 min tank və piyada əleyhinə mina basdırılıb. 30 il ərzində Ermənistanın işğalı altında qalan digər şəhər və rayonlarımızda da vəziyyət eynidir. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana minalanmış ərazilərin xəritəsini təqdim etməsi üçün təzyiq göstərməli, ondan müharibə cinayətlərinə son qoymasını tələb etməlidir.

Səmimi qəbula və ətraflı məlumatlara görə minnətdarlığını bildirən AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi Pol Qavan hazırlayacağı hesabatın obyektiv və ədalətli olmasına çalışacağını bildirib. O, bu məruzənin humanitar məqsədlər daşıyan sənəd olacağını vurğulayıb. Məruzəçi ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə də danışıb və bu görüşlərdə aparılan fikir mübadiləsini müsbət qiymətləndirib.

Pol Qavan Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını yüksək qiymətləndirərək vurğulayıb ki, ölkəmizin öz öhdəliklərinə münasibəti və icrası təqdirəlayiqdir. O, bu görüşdə qaldırılan bir çox məsələlərin hesabatda əksini tapacağını da sözlərinə əlavə edib.

Görüşdə, həmçinin Milli Məclislə AŞPA arasında münasibətlərə dair də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video