22 Yanvar 2019 10:52
1261
Səhiyyə
A- A+

Sağlamlıq üçün beş ən faydalı şirə


Təzə sıxılmış şirələrin insan orqanizmi üçün faydası danılmazdır. Onların tərkibindəki bioloji fəal maddələr həmin an maddələr mübadiləsinə təsir edir.

AZƏRTAC tibb saytlarına istinadla sağlamlıq üçün beş ən faydalı şirənin siyahısını təqdim edir. Bu şirələrin faydası elmi tədqiqatlar nəticəsində alınan məlumatlarda öz təsdiqini tapıb.

Quşüzümü şirəsi. Amerika alimlərinin tədqiqatları göstərib ki, quşüzümünün tərkibində olan maddələr - oliqosaxaridlər bu şirəni "təbii antibiotik”ə çevirir. Şirənin digər komponenti olan proantosianidinlər onu sidik yollarının infeksiyadan qorunmasında çox faydalı edir.

Çuğundur şirəsi. Bu şirə ürək-damar sistemi üçün çox faydalıdır, təzyiqi aşağı salır. Çuğundur şirəsinin hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırmaq xüsusiyyəti dəfələrlə təsdiq edilib. Alimlər çuğundurun və ondan çəkilən şirənin bu keyfiyyətini onun tərkibindəki qeyri-orqanik nitratlar, həmçinin betalain antioksidantı ilə əlaqələndirirlər.

Tomat şirəsi. Bu şirədən istifadə qadınlarda menopauza dövründə psixoloji və fizioloji göstəriciləri yaxşılaşdırır. Bu fikri əsasən Tokio Tibb Universitetindən olan alimlər təsdiqləyiblər. İki ay ərzində hər gün 200 millilitr tomat şirəsi içən qadınlar həyəcanın əhəmiyyətli dərəcədə azalmasını və ürək sıxılmalarının tezliyinin yaxşılaşdırılmasını nümayiş etdiriblər.

Albalı şirəsi. Böyük Britaniya və Cənubi Afrika Respublikasından olan tədqiqatçılar albalı şirəsinin qəbulunun qanda sidik turşusunun azalmasına gətirib çıxardığını sübut ediblər. Bu, podaqranın profilaktikasında və ya artıq mövcud olan xəstəlikdə faydalı ola bilər. Sınaqlar göstərib ki, bu, hər gün iki porsiya albalı şirəsi qəbul edildiyi halda effektlidir.

Portağal şirəsi. Harvard Universitetindən olan alimlərin tədqiqatları sübut edib ki, portağal şirəsi qocalıqla bağlı ağıl zəifliyinin aradan qaldırılması üçün faydalıdır. Hər gün bir stəkan təzə sıxılmış portağal şirəsi içən kişi könüllülərdə bu xəstəliyin inkişaf ehtimalı 47 faiz azalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video