18:47 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sağlamlıq iksiri

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:40 18.07.2021

 

Arı südü insan orqanizminə saysız faydasına görə möcüzəvi qida sayılır. Bu məhsul zülallar, yağlar, karbohidratlar, vitaminlərlə zəngindir. Arı südü əsasən immuniteti gücləndirən, mikrobları məhv edən təbii dərman kimi qəbul olunur. Bir çox xəstəliyin, o cümlədən xərçəngin müalicəsində tövsiyə olunur. Arı südünün diabet xəstələri üçün faydalı olmasına dair bir çox dəlillər var. İddialara görə, arı südü qanda şəkərin səviyyəsinin azalmasına səbəb olur.

Arı südünün faydalarından biri də yüksək protein və karbohidrat tərkibli olmasıdır. Onun tərkibi orqanizmi sağlamlıq üçün vacib olan bir sıra qidalarla təmin edir. Məlumata görə, şəfalı arı südü qanın xərçəng hüceyrələrinə getməsini dayandırır, xərçəngin inkişafının qarşısını alır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM