08:20 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sağlam həyat naminə
ANA SƏHİFƏ / SƏHIYYƏ
02:04 07.04.2013

 

Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir infrastrukturun yaradılması hazırda dünya ölkələrində həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq aparılan işlərin əsas məqsədi bütün insanların mumkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da sağlamlığı insan həyatının elə bir amili hesab edir ki, onda heç bir xəstəlik və fiziki qüsur olmasın. Hər bir vətəndaş əlverişli mənəvi və ictimai şəraitdə yaşasın. Bu məramı əsas götütrüb reallaşdırmağı qarşısına məqsəd qoyan Ümumdünya Səhiyyə Assambleyası 1948-ci ildə ÜST-nin yaradılması münasibətilə keçirilən geniş yığıncaqda Ümumdünya Sağlamlıq Gününün təsis ediməsi təşəbbüsü ilə çıxış etmişdir. Həmin gün həm də təşkilatın Nizamnaməsi qüvvəyə minmişdir. 1950-ci ildən başlayaraq dünya ictimaiyyəti hər il aprelin 7-də bu tarixi günü yüksək səviyyədə qeyd edir. Təşkilata üzv dövlətlərin sayı artıq 190-nı keçmişdir. ÜST-nin ali məramı dünyanı yüksək saglamlıq həddinə çatdırmaqdır.

Ümumdünya Sağlamlıq Günü səhiyyə sahəsində beynəlxalq ictimaiyyəti qayğılandıran, qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən başlıca problemlərə diqqət yönəltmək baxımından geniş imkanlar açır. Ona görə də hər il bir mövzu gündəmə gətirilir. Məsələn, 2008-ci ildə sağlamlıq gününün əsas müzakirə hədəfi insanları iqlim dəyişikliyinin zərərli təsirlərindən qorumaqla bağlı olmuşdur. Biz artıq neçə illərdir ki, qeyri-sabit və dəyişkən iqlimin sağlamlığımıza təsirini müşahidə edirik. Havaların kəskin istiləşməsi, fırtınalar, daşqınlar, şaxtalar, quraqlıqlar hər il on minlərlə insanın həyatına son qoyur. İqlim dəyişikliyinə həssas olan malyariya, zülal-enerji çatışmazlığı və başqa xəstəliklər 5 milyona yaxın insanın ölümünə səbəb olmuşdur. Hətta bu rəqəmlər də dünyanın geniş ərazilərində iqlim dəyişikliyinin ərzaq məhsullarına, içməli suya vura biləcəyi sarsıdıcı ziyanı əks etdirmir. ÜST-nin çağırışlarında dəfələrlə qeyd edilir ki, hər bir dövlət əhalisinin sağlamlığını qorumaq və rifahını yüksəltmək məqsədilə ictimai səhiyyə siyasətini və praktikasını gücləndirməlidir.

2009-cu ilin sağlamlıq gününün mövzusu fövqəladə hallarda tibb müəssisələrinin təhlükəsizliyinə həsr edilmişdir. "İnsan həyatını xilas edək - fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyini təmin edək" devizi ilə keçirilən maarifləndirmə proqramlarında əsas məqsəd dağıntı və təbii fəlakət zamanı baş verən böhranlı və faciəli vəziyyətlərə dözümlü təhlükəsiz tibb müəssəsələrinin yaradılmasıdır. Xəstəxanalar hər bir  ölkə üçün çox böyük investisiya qoyuluşu tələb edir və onların dağılması son dərəcə böyük iqtisadi yük yaradır. Təbii fəlakətlərə davamlı təhlükəsiz tibb müəssisələrinin tikilməsi və ya mövcud xəstəxanaların daha təhlükəsiz edilməsi üçün modifikasiya aparılması xərc-effektivlik baxımından xeyli sərfəlidir. Xəstəxana dağıdıldıqda və ya onun fəaliyyəti pozulduqda xilası təxirəsalınmaz yardım götərilməsindən asılı olan milyonlarla insan həyatı itirilə bilər.

2010-cu ilin Ümumdünya Sağlamlıq Gününün "Urbanizasiya və sağlamlıq" mövzusu urbanizasiyanın bütünlükdə dünya əhalisinin, o cümlədən ayrı-ayrılıqda hər birimizin səhhətinə zərərli təsirinin etirafı olaraq seçilmişdir. Urbanizasiya bir çox səhiyyə problemləri, o cümlədən su, ətraf mühit, zorakılıq və travmalar, qeyri-infeksion xəstəliklər və onların risk faktorları olan tütünçəkmə, düzgün qidalanmamaq, fiziki aktivliyin olmaması, spirtli içkilərdən sui-istifadə, eləcə də müxtəlif xəstəliklərin əmələ gəlməsi ilə bağlı təhlükələrlə əlaqələndirilir. Bir faktı qeyd edək ki, bəşər tarixində ilk dəfə olaraq bu gün dünya əhalisi daha çox şəhərlərdə məskunlaşmışdır. Buna paralel olaraq yoxsulluqdan əziyyət çəkən təbəqə hazırda şəhərətrafı ərazilərdə deyil, əhalinin sıx məskunlaşdığı böyük şəhərlərdə yaşayır. Mütəxəssislərin fikrincə, əsrin ortalarında dünyada hər on nəfərdən yeddisi şəhərlərdə məskunlaşacaq. Bu göstəricilərə isə daha çox inkişaf etməkdə olan dövlətlərdə rast gəlmək mümkündür.

2011-ci ildə sağlamlıq günü "Mikrob əleyhinə dərmanlara qarşı müqavimət, bu gün tədbir görülməsə, sabah müalicə mümkün olmayacaq" devizi altında aparılmışdır. ÜST-nin tövsiyələrində bildirilir ki, antibiotiklər dəyərli kəşfdir, lakin biz onları layiqincə qiymətləndirmirik, onlardan həddən çox istifadə edirik. İndi hər hansı bir dərmanın təsir etmədiyi superbakteriyalar yaranmışdır. Hesablamalara görə, hər il təkcə Avropa Birliyi ölkələrində 25 min nəfərdən çox insan əksər hallarda onlara xəstəxanalarda yoluxmuş antibiotiklərə müqaviməti olan bakteriya infeksiyalarından ölür. Mikrob əleyhinə maddələr göbələklərin, parazitlərin, bakteriyaların və virusların yaratdığı infeksiyaların törətdiyi xəstəlikləri müalicə etmək üçün istifadə edilən dərmanlardır. Bu dərmanların kəşfi bəşər tarixində səhiyyənin  ən mühüm nailiyyətlərindən biridir. Onlar xəstəlikləri azaltmış, insanların həyatını xilas etmişdir. Bununla belə, son 70 ildə təbabətdə mikrob əleyhinə dərmanlardan səhv istifadə olunması həmin preparatlara qarşı müqaviməti olan müxtəlif saylı və növlü mikroorqanizmlərin amansız şəkildə törəyib artmasına gətirib çıxarmışdır ki, bu da ölümlərin, xəstəliklərin, əlilliklərin sayının çoxalmasına, eləcə də müalicə xərclərinin daha da artmasına səbəb olmuşdur.

2012-ci ildə bu günün mövzusu "Sağlam səhhət ömrü uzadır" devizi altında yaşlanma və sağlamlıq məsələlərinə həsr olunmuşdur. Burada başlıca diqqət ona yönəldilmişdi ki, sağlamlıq yaşlı kişi və qadınların bütün ömrü boyunca dolğun və səmərəli həyat sürmələrinə yardım edir.    

XXI əsrdə sağlamlıq geniş sosial təmayüllər baxımından müəyyən edilir. İqtisadiyyatın qloballaşdığı, ailə modellərinin dəyişdiyi, texnologiyaların sürətlə inkişaf etdiyi, urbanizasiyanın artdığı bu əsrdə ən böyük sosial dəyişikliklərdən biri əhalinin yaşlanması məsələsidir. Tezliklə dünyada yaşlı insanların sayı uşaqların sayından və indikindən daha çox olacaq. 2000-2050-ci illər arasında 80 və ya daha yaşlı insanların sayı təxminən dörd dəfə artaraq 395 milyona çatacaq. Qarşıdakı beş il ərzində bəşər tarixində ilk dəfə olaraq 65 və ondan yuxarı yaşlı insanların sayı 5 yaşa qədər uşaqların sayından çox olacaq. Bu yaşda olan insanların sayı 2050-ci il üçün 14 yaşa qədər uşaqların sayını ötüb keçəcək. 2000-2050-ci illər ərzində dünyada yaşı 60-dan yuxarı olan əhalinin faiz nisbəti ikiqat yüksələrək 11 faizdən 22 faizə çatacaq. Eyni dövr ərzində 60 və daha yuxarı yaşlı insanların sayının 605 milyondan 2 milyarda çatacağı gözlənilir.  

ÜST-nin Avropa üzrə Regional Ofisinin direktoru bildirib ki, Avropada ömür uzunluğunun artması böyük nailiyyətdir və biz uzunömürlülüyün artırılmasına həyat səviyyəsinin yüksəldilməsi ilə nail olmalıyıq.

2013-cü ilin sağlamlıq gününün mövzusu "Qan-damar təzyiqinə nəzarət et!" devizi altında hipertoniya xəstəliyinə qarşı mübarizə məsələlərinə həsr ediləcəkdir. Hipertoniya təbabətin ciddi problemi olaraq qalır. Bu, həm adi haldır, eyni zamanda, orqanizm üçün ağır vəziyyətdir. Arterial təzyiqin kütləvi surətdə ölçülməsi zamanı müayinə olunanların təxminən 20-30 faizində onun yüksək olması aşkar edilmişdir. Qan təzyiqinin artması ilə insanın xarici mühitə uyğunlaşması arasında müəyyən əlaqə mövcuddur. İnsan xarici mühitə uyğunlaşa bilirsə, onda özünü güclü, enerjili, bacarıqlı hesab edir, əhval-ruhiyyəsi nikbin olur. Əksinə, əgər insan onu əhatə edən mühitə uyğunlaşa bilmirsə, bu zaman orqanizmdə müxtəlif pozğunluqlar əmələ gəlir ki, onlardan da tez-tez təsadüf olunanı hipertoniyadır. İnsanı əhatə edən xoşagəlməz hallar, hadisələr artdıqca hipertoniya da inkişaf edir. Ürəyin, böyrəklərin patologiyasına gətirib çıxaran amilə çevrilir. Bu xəstəliyin əsas səbəbləri sinir gərginliyi və psixi travmalardır ki, o da arterial tonusun tənzimi mexanizmlərinin pozulması ilə nəticələnir. Hipertoniya infarkt, insult və böyrək çatışmazlığı kimi ağır xəstəliklərin inkişaf riskini artırır. Təzyiqə nəzarət olunmayanda o, korluğa, aritmiyaya, ürək çatışmazlığına gətirib çıxarır. Dünyada hər üçüncü bir şəxsdə hipertoniya inkişaf edir. Yaş artdıqca təzyiqi olan insanların sayı da çoxalır - 20-40 yaşlarında on nəfərdən biri, 50-60 yaşlarında isə hər on nəfərdən beşi bu xəstəlikdən əziyyət çəkir. Dünyada yaşlı adamların 40 faizində hipertoniya xəstəliyi mövcuddur. Bu da hər il 9 milyondan çox ölüm hallarının ilkin səbəbi kimi xarakterizə olunur.

2013-cü ildə Ümumdünya Sağlamlıq Gününün əsas məqsədi infarktların və insultların sayının azaldılmasıdır. Bunun üçün əhali arasında yüksək qan təzyiqinin fəsadları və səbəbləri barədə maarifləndirməni artırmaq, xəstəliyin profilaktikası və fəsadları barədə geniş informasiya vermək, özünənəzarətə nail olmaq, sağlam davranış normaları üçün əlverişli mühitin yaradılmasına çalışmaq və s. hədəflərə ciddi əməl etmək lazımdır.

Azərbaycanda da gerçəkləşdirilən sosialyönümlü inkişaf strategiyası ÜST-nin ötən illər ərzində qarşıya qoyduğu problemlərin həllinə yönəldilmişdir. İnsan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatların uğurla gerçəkləşdirilməsi hər bir fərdə maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Hazırda vətəndaşların etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi sağlamlığının, elmi-intellektual yüksəlişinin təmini bu siyasətin prioritet xəttinə çevrilmişdir. Prezident İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasına daim üstünlük verərək bu yolda atılan bütün addımlarda məhz əhalinin rifahı, sağlamlığı və firavanlığı məsələlərini ön planda saxlamışdır. Hazırda Azərbaycanın ötən illərdə insan inkişafı sahəsində mühüm uğurlar qazandığını əksər beynəlxalq təşkilatlar da etiraf edirlər. BMT-nin İnkişaf Proqramının 2013-cü ildəki hesabatında Azərbaycan insan inkişafı indeksinə görə dünya dövlətləri reytinqində 82-ci yeri tutur. Ölkəmiz həmçinin insan inkişafının yüksək səviyyədə olduğu ölkələr qrupuna daxil edilib.

Respublikada aparılan bu siyasət sayəsində vətəndaşların sosial təminatı, sağlam ətraf mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqları ilə yanaşı, səhiyyə hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırmışdır. Hazırda 2013-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri 666,3 milyon manat təşkil edir. Bu da 2012-ci illə müqayisədə 3,6 milyon manat,  2011-ci ilin faktiki icrasına nisbətən 172,9 milyon manat çoxdur. İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində dağınıq skeleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 4 milyon  manat vəsait ayrılmışdır.

Ölkə Prezidenti İlham Əliyev yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidənqurulması məqsədilə böyük əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalamışdır. Ümumilikdə 2003-2013-cü illərdə 500-ə yaxın səhiyyə müəssisəsi inşa edilmiş və yaxud əsaslı təmir-tikinti işləri həyata keçirilmişdir, onların təxminən 70 faizi regionların payına düşmüşdür.

Bu ilin yanvarında ÜST-nin 132-ci sessiyası keçirilmişdir. Həmin ssesiyada Azərbaycan tərəfi səhiyyə sistemlərinin inkişafında maliyyə vəsaitlərinin bölüşdürülməsi, minilliyin inkişaf məqsədləri, 2015-ci ildən sonrakı layihə və proqramlarla bağlı çıxış etmişdir.

Ötən illərdə Heydər Əliyev Fondunun reallaşdırdığı səhiyyə layihələrinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. "Talassemiyasız həyat naminə", "Diabetli uşaqlara yardım" və s. layihələr bu baxımdan böyük rəğbətlə qarşılanmışdır. Qurumun təşəbbüsü ilə inşa olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar, uşaq evləri ölkə səhiyyəsinə böyük töhfə olmuşdur. Fond nəinki Azərbaycanda, ümumən dünyada yaşayan soydaşlarımızın müalicəsi ilə bağlı problemlərinə fəal şəkildə kömək göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milləti yoxdur!", "Sağlam olmağını yəqin et, xəstəliyə "Yox" de!" devizi altında həyata keçirilən aksiyalar bu qəbildəndir. Bu aksiyalar pasiyentlərin pulsuz müayinəsinə, gənc həkimlər arasında təcrübə mübadiləsinin aparılmasına böyük kömək göstərir.

Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkənin ictimai həyatının bütün sahələri kimi səhiyyə və tibb elmi də qloballaşan dünyada inteqrasiya proseslərinə cəlb olunmuşdur. İnkişaf etmiş ölkələrin müsbət təcrübəsindən Azərbaycanda istifadə edilməsi, təbabətin müxtəlif sahələri üzrə konsepsiya və strategiyaların yaradılması, yeni müalicə və diaqnostika metodlarının, eləcə də müasir tibb texnologiyalarının tətbiqi, regional epidemioloji təhlükəsizlik, təbii fəlakətlərin aradan qaldırılması və bir çox digər sahələrin inkişafı üçün beynəlxalq əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.

Ümumdünya Səhiyyə Təşkilatı səhiyyə məsələləri ilə bağlı ölkəmizə müxtəlif təkliflər, tövsiyələr verir, eyni zamanda, həyata keçirilən mütərəqqi islahatları daim diqqət mərkəzində saxlayır. ÜST-nin reallaşdırmağa başladığı "Sağlamlıq-2020" Fəaliyyət Proqramının əsas məqsədi hər bir kəsin sağlamlığının tam potensialına nail olmaq imkanının yaradılmasıdır. Bu siyasət isə dünyada sağlamlığa və firavan yaşayışa yeni baxışı nəzərdə tutur. 

 

İradə ƏLİYEVA,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM