20 Dekabr 2012 02:12
373
Oxucu məktubları
A- A+

Şabranlıların sevimli qəzeti

 

Rayonumuzda maraqla oxunan qəzetlərdən biri "Şabran"dır. Bu da səbəbsiz deyil. Çünki rayonda aparılan quruculuq işlərinə, maraqlı insanların fikirlərinə qəzetin səhifələrində həmişə geniş yer ayırırıq.

Qəzetimiz 1932-ci ildən "Yüksəliş" adı ilə nəşrə başlayıb. Birinci nömrəsinin tirajı 300 nüsxə olub. 1963-ci ildə Dəvəçi (indi Şabran) rayonunun ləğv edilib Abşeron rayonuna qatılması ilə bağlı 1966-cı ilə kimi fəaliyyətini dayandırıb. 1966-cı ildən "Qurucu", 1991-ci ildən isə "Şabran" adı altında fəaliyyətini davam etdirir. 

Ölkə mətbuatında öz sözünü demiş həmyerlilərimizdən qələmini ilk dəfə  "Şabran"da sınayanlar az deyil. "Azərbaycan" qəzetində çalışmış mərhum Füzuli Məmmədov, Azərbaycan Televiziyasının əməkdaşı Sadıq Elcanlı, mərhum jurnalist Ağalar Mirzə və başqalarının adını çəkmək olar.

"Şabran"ın arxivini vərəqləsəniz, İkinci Dünya və Qarabağ müharibələrində rayonumuzun mərd oğullarının şücaətindən danışan yazılara rast gələcəksiniz. Maraqlı insanlarla, sovet quruculuğu və müstəqilliyimizin 20 ili ərzində Şabranda baş verən dəyişikliklərlə tanış olacaqsınız. 

Öz oxunaqlığı ilə seçilən qəzetimiz rayon ictimaiyyəti üçün maraqlı məlumatlarla bu gün də zəngindir. Ona görə də "Şabran"ın 80 illik yubileyini rayonumuzda yaddaqalan bayram kimi qeyd etdik.

 

Çingiz XALİDOĞLU,

"Şabran" qəzeti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video