10 Iyun 2021 17:20
817
İDMAN
A- A+

Sabah futbol üzrə 16-cı Avropa çempionatına start veriləcək

 

İyunun 11-də Romadakı “Olimpiko” stadionunda keçiriləcək İtaliya-Türkiyə oyunu ilə futbol üzrə 16-cı Avropa çempionatına start veriləcək.

AZƏRTAC xəbər verir ki, iyulun 11-dək davam edəcək çempionatda 24 komanda altı qrupda mübarizə aparacaq.

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə UEFA-nın sabiq prezidenti Mişel Platininin “Avro-2020”nin oyunlarının bir neçə ölkədə keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sınaq kimi UEFA 17 yaşlılar arasında Avropa çempionatının elit raund mərhələsini həmin formatda keçirdi. “Bu sistemi praktikadan keçirdik və güman edirəm ki, hər kəs razı qaldı. Bir sıra təzyiqlər olsa da, sonda Avropa çempionatının final mərhələsinin oyunlarının qitənin 12 şəhərində keçirilməsi barədə qərar qəbul olundu. Çempionatın oyunlarının 12 şəhərdə keçirilməsi barədə qərar qəbul olunsa da, Dublin şəhəri sonradan namizədliyini geri götürüb. Beləliklə, 16-cı Avropa çempionatının oyunlarına Bakı (“Olimpiya Stadionu”), Sankt-Peterburq (“Sankt-Peterburq Arena”), London (“Uembli”), Münhen (“Münhen Arena”), Roma (“Olimpiko”), Buxarest (“Nasyonal Arena”), Kopenhagen (“Parken”), Amsterdam (“Yoxan Kroyff”), Sevilya (“La-Kartuxa”), Qlazqo (“Hampden Park”), Budapeşt (“Puşkaş Arena”) şəhərləri ev sahibliyi edəcək.

Turnirin 2020-ci il iyunun 12-dən iyulun 13-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən çempionatın 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Avropa çempionatları tarixində ilk dəfə bu turnirdə videonəzarət (VAR) texnologiyasından istifadə ediləcək. Çempionatın final görüşü Londondakı “Uembli” stadionunda təşkil olunacaq. “Uembli” stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi edəcək.

Avropa çempionatının rəsmi mahnısı da müəyyənləşib. Belə ki, mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın “U2 Bono and The Edge” rok qrupunun üzvləri ifa edirlər. Mahnı “We are the people” adlanır.

2020-ci ilin noyabrın 30-da Buxarestdə atılan püşkün nəticələrinə əsasən, Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb. Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B, Niderland, Ukrayna, Avstriya və Şimali Makedoniya qrupunda mübarizə aparacaqlar. D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Şotlandiya yarışacaqlar. İspaniya, İsveç, Polşa və Slovakiya E qrupunda yer alıblar. Sonuncu - F qrupunda isə Fransa, Almaniya, Portuqaliya və Macarıstan seçmələri qarşılaşacaqlar.

Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video