08 Yanvar 2012 01:01
390
İQTİSADİYYAT
A- A+

Rusiyanın Çelyabinsk vilayəti Azərbaycan sərmayəsinə maraq göstərir

 

Rusiyanın Çelyabinsk vilayətinin hökuməti Azərbaycan şirkətlərinə və iş adamlarına bu vilayətin iqtisadiyyatına investisiya yatırmağı təklif edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPRoMo) istinadən "APA-Economics"in yaydığı məlumata görə, Azərbaycan və Çelyabinsk vilayəti arasında müştərək müəssisələrin qurulması, ticarət palatalarının yaradılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı, elm, innovasiya, texnologiya, təhsil, turizm və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün investorlara dəstək proqramları və güzəştləri təklif edilir.

Güzəşt və dəstək proqramlarına tikinti-mühəndislik infrastrukturu üçün təyin olunmuş regional büdcədən birgə maliyyələşdirmələr üçün ayırmalar, investisiya layihələrinin həyata keçirilməsi üçün dövlət zəmanəti, istehsalın yerləşdirilməsi üçün şəxsi mülkiyyətə keçirilmə şərti ilə torpaq sahəsinin ayrılmasına dəstək, icazə üçün sənədləşdirmə işlərinin həyata keçirilməsində inzibati dəstək, regional büdcəyə köçürülən əmlak və gəlir vergiləri üzrə güzəştlərin tətbiqi daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video