10:39 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


00:40 07.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər
ANA SƏHİFƏ / SİYASƏT
15:35 13.04.2021

 

Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirdə apardığı danışıqlardan sonra İrana gəlib. Lavrovun İran səfərinin proqramında bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə danışıqlar, habelə İran Prezidenti Həsən Ruhani və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf ilə görüşlər nəzərdə tutulur.

Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə danışıqların yekunlarına həsr edilmiş mətbuat konfransında deyib: “Biz Rusiyanın Dağlıq Qarabağda davamlı atəşkəsi dəstəkləməyə imkan verən vasitəçilik səyləri nəzərə alınmaqla bölgədə yaranmış vəziyyəti müzakirə etdik. Münaqişənin nəticələrinin aradan qaldırılmasının və həm erməni, Azərbaycan xalqlarının mənafeləri nəzərə alınmaqla bütövlükdə siyasi-diplomatik vasitələrlə, ədalətli qaydada və uzunmüddətli nizamlanmasına nail olmağın vacibliyini vurğuladıq, bu prosesdə region ölkələrinin oynaya biləcəyi rolu nəzərdən keçirdik”.

Rusiya və İran Suriyada münaqişənin Astana formatı çərçivəsində (Rusiya, Türkiyə və İranın iştirakı ilə) nizamlanmasına dair fəal qarşılıqlı əlaqələrin davam etdirilməsi barədə də razılığa gəliblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM