02:56 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan
ANA SƏHİFƏ / MƏKTUBLAR
22:00 27.05.2021


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi Tatarıstan Respublikasının sakinləri adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan xalqı bir əsrdən çox bundan əvvəl öz ölkəsinin tarixində yeni səhifə açdı və əsası Azərbaycan Xalq Cümhuriyyətinin baniləri tərəfindən qoyulmuş fundamental azadlıq, mehriban qonşuluq, xalqın maarifləndirilməsi prinsipləri ölkənin mədəni kodunun tərkib hissəsinə çevrildi. Bu prinsiplər bu gün də aktual dövləti məsələlərin həllində mühüm rol oynayır.

Sizə və bütün həmvətənlərinizə Azərbaycan dövlətinin daim hərtərəfli dinamik inkişafı naminə fəal quruculuq yolunda yeni zəfərlər, gözəl bayram əhval-ruhiyyəsi, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış səmərəli əməkdaşlıqdan şadam, əlaqələrimizin daim möhkəmlənəcəyinə, Rusiya-Azərbaycan əlaqələri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətimizin genişlənəcəyinə ümid edirəm.

Hörmətlə,

 

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti,

“Rusiya-İslam Dünyası” Strateji Baxış qrupunun sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM