25 Noyabr 2021 18:09
359
DÜNYA
A- A+

Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır

 

Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında vasitəçi rolunda çıxış etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

M.Zaxarova deyib: “Təsdiqləyə bilərəm ki, Ermənistan Yerevan və Ankara arasında vasitəçilik köməyi barədə müraciət edib. Bildiyiniz kimi, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır və buna səy göstərib. Ölkəmiz bundan sonra da bu məsələyə hər cür yardım etməyə hazırdır”.

Onun sözlərinə görə, Yerevan Rusiyadan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında vasitəçilik barədə xahiş edib. Rusiya bu köməyi göstərməyə hazırdır. “Bu prosesin başlanması regionda ümumi vəziyyətin yaxşılaşmasına, mehriban qonşuluq və inam mühitinin formalaşdırılmasına kömək edərdi”, - deyə RF XİN-in nümayəndəsi əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video