16 Oktyabr 2011 01:10
370
DÜNYA
A- A+

Rusiya Amerikanın RƏM proqramına cavab verəcək

 

Rusiya Avropada Amerikanın RƏM sisteminin qurulmasına cavab olaraq hərbi-texniki xarakterli tədbirlər hazırlamağa başlamışdır. Bu barədə "Kommersant" qəzeti xəbər verir.

Kremldəki yüksək vəzifəli mənbə qəzetə bildirmişdir ki, Rusiya hakimiyyət orqanları "nə etmək lazım olduğunu anlayır": "Bizim cavabımız ucuz başa gələcək, lakin çox effektiv olacaq".

Mənbə Kremlin qərarını onunla izah etmişdir ki, amerikalılar Avropada RƏM sistemi qurarkən Rusiyanın mövqeyini nəzərə almırlar. Eyni zamanda, Moskva ABŞ Prezidenti Barak Obama vəzifəsindən getdikdən sonra bu məsələ ilə bağlı hansısa razılaşmalara yenidən baxıla biləcəyindən narahatdır.

Bu günlərdə ABŞ-ın Rusiyadakı gələcək səfiri Mayk Makfol Senatda dinləmələr zamanı demişdir ki, RƏM üzrə danışıqlar qarşısıalınmaz maneələrlə üzləşmişdir. Məsələn, ABŞ Amerikanın Avropadakı RƏM obyektlərinin Rusiyanın nüvə qüvvələrinə qarşı yönəldilməyəcəyi barədə hüquqi təminat verməyə hazır deyil.

Əvvəllər güman edilirdi ki, bu barədə təminatlar haqqında saziş gələn ilin mayında Rusiya-NATO sammitində Barak Obama və Dmitri Medvedev tərəfindən imzalanacaq. Lakin Rusiya Xarici İşlər Nazirliyindən "Kommersant"a bildirmişlər ki, Obama Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin tövsiyəsi ilə sənədi imzalamaqdan boyun qaçıracaq.

NATO-nun Avropada RƏM sistemi gələn il işə düşəcək. Onun tam qurulması isə 2018-ci ildə başa çatmalıdır. 

ABŞ və digər Qərb ölkələrinin nümayəndələri bildirirlər ki, bu sistem İran və Şimali Koreyadan qaynaqlanan raket təhlükəsindən müdafiə üçün nəzərdə tutulmuşdur. Rusiya isə bu sistemin Avropada quraşdırılmasını milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video