07:45 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ruh və bədən saflığının harmoniyası - kamilliyə ucaldan ibadət

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:21 18.04.2021

 

“Ramazan ayı həm də Allah ziyafəti ayıdır. Hədislərdə qeyd olunur ki, bu ayda siz Allah ziyafətinə, ilahi ziyafətə dəvət olunmusunuz. Bu, mənəvi bir qonaqlıqdır, bu ayda hər bir əməlin dəyəri artır, insanların nəfəsi belə, yuxusu belə ibadət sayılır”.

İslamın beş şərtindən biri olan orucun insan mənəviyyatını saflaşdırması barədə məlumat verən ilahiyyatçı Hacı Şahin Həsənli söyləyir ki, orucun fəziləti bundadır ki, insan nəfsi sınağa çəkilir və insan Ramazan ayında özünə yox deməyi bacarır. Həyatda ən böyük uğurları qazanan insanlar da özünə yox deməyi bacaran, özü ilə mübarizədə qələbə çalan insanlardır. Bu ay mənəviyyatın xasiyyətə qələbəsidir. İnsan könüllü seçim arasında qalır, öz nəfsani istəklərinə yox deyir, nəfsi ilə mübarizə aparır, bu vasitə ilə də təkmilləşir, kamilləşir: “Artıq Şaban ayının ortalarından insanlar Ramazan ayına hazırlaşır. İnsanın günahlardan təmizlənməsi, Allahla ibadətə vaxt ayırması, digər insanlara yaxşılıq etməsi kimi əməllər Şaban ayında tövsiyə olunur ki, Ramazan ayına təmizlənmiş halda daxil ola bilək”.

Bəli, oruc insanın mənən saflaşması, təmizlənməsi, ruhi sağlamlığı üçün ən vacib ibadətdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM