30 May 2021 01:24
1315
Elm və texnika
A- A+

Ruh intizarlı bədənlər

 

Qədim misirlilər ölümdən sonra da həyatın davam etdiyinə inanırdılar. Onlara ölümdən sonra insanın ruhu üçün sığınacaq rolunu oynaya biləcək, çürüməyə məruz qalmayan bədən lazım idi. Buna görə də bədəni çürüməkdən qorumaq üçün onu qurudub balzamlaşdırırdılar.

Misirdə mumifikasiya prosesi b.e.ə. 3500-cü illərdən başlayaraq yunan-roma dövrünə kimi davam etmişdir. Qədim misir hakimləri inanırdılar ki, əbədi həyata qovuşmaq yalnız fironlara aiddir, lakin b.e.ə. 2000-ci illərdən etibarən mumiyalama prosesi bütün insanlara aid edildi. İnsanlarla bərabər Qədim Misirin tanrı kimi böyük rəğbət bəslədiyi bir çox pişiklər də mumiyalanırdı. Mumiyalama prosesində “Ölülər” kitabından xüsusi dualar oxunulurdu.

Qədim Misir mədəniyyətinin əsasını təşkil edən mumyalaşdırma aşağıdakı mərhələlərdən ibarət olub:

Beyinin kəllədən çıxarılması;

Daxili orqanların çıxarılması;

Bədəni qurutmaq üçün onun duza salınması;

Bakteriyaları öldürmək üçün bədənin balzamlaşdırılması;

Bədənin balzam çəkilmiş kətana bükülməsi.

Kanop (gəcdən hazırlanmış, qapağı insan, ya heyvan başı formasında olan ritual qab) Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp idi. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanop balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: insan başlı Amset, çaqqal başlı Duamutef, pavian başlı Hapi və şahin başlı Kebexsenuf.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video