02:41 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Reza Deqati: “Mən 30 ildir Qarabağ məsələsini dünya ictimaiyyətinə çatdırıram”

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:32 01.08.2021

 

Hər zaman görəndə ki, dünya haqq sözə göz yumub, fotolarımla ədalətin bərpa olunacağına inanmışam. Bir çox ölkədə siyasi səbəblərə görə insanlara səhv məlumat verilir. Mən həmin insanların gözünü açmağa çalışmışam. Çox zaman Avropada, əsasən də Fransada dünyada baş verən hadisələri cəmiyyətə olduğu kimi çatdırmırlar. Mən orada sərgilər təşkil edir, insanlara fotolarımla həqiqəti göstərməyə çalışıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünya şöhrətli fotoqraf Reza Deqati iyulun 31-də Heydər Əliyev Mərkəzinin önündə açıq havada təşkil olunan “Fotoların tarixi” adlı sərgisində deyib.

“Mən 30 ildir Qarabağ məsələsini dünya ictimaiyyətinə çatdırıram. Fransada təşkil etdiyim sərgidə erməni diasporu mənimlə razılaşmır, hətta sərgimi pozmağa çalışıb. Əfqanıstan, Ruanda, Sarayevo məsələlərində də eyni hallarla qarşılaşmışam. Kimsə mənimlə razılaşmayanda fakt olaraq fotolarımı göstərirəm”, - deyə Reza Deqati bildirib.

Sərgilənən fotoları haqda məlumat verən Reza Deqati Azərbaycanın tolerant ölkə olduğunu bildirib: “Rus pravoslav kilsəsi sovet dövründə bağlanıb, anbar və idman zalı kimi istifadə edilib. 1990-cı ildə baş vermiş Qanlı 20 Yanvar hadisələrində sovet raketləri kilsəyə ciddi ziyan vurub. 2000-ci ildə azərbaycanlı iş adamı Aydın Qurbanov kilsəni öz vəsaiti hesabına bərpa etdirib. Bu, azərbaycanlıların tolerant olduğunu göstərən nümunələrdən biridir”.

Birinci Qarabağ müharibəsində Şuşada olarkən çəkdiyi foto barədə danışan R.Deqati deyib: “O vaxt yollar bağlı idi. Dağlarda uzun və çətin yürüşdən sonra mən Şuşa şəhərinə çatdım. Blokada zamanı artilleriya atəşi şəhərin əksər hissələrini məhv etmişdi və buna görə də azərbaycanlı əsgərlər Şuşadakı məktəbdən yaşayış yeri kimi istifadə edirdilər. O vaxt cəsur əsgərlər lazımi təchizatların çatışmazlığı səbəbindən əziyyət çəkirdilər. 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri şəhəri ələ keçirdilər. 28 il sonra, 2020-ci il noyabrın

8-də şiddətli döyüşlər nəticəsində Azərbaycan əsgərləri ən təhlükəli  və çətin dağ yollarını aşaraq şəhəri geri qaytardılar. Mən oraya qayıdanda bütün evlərin, məscidlərin, muzeylərin, tarixi abidələrin, məktəblərin, qəbiristanlıqların məhv edildiyini gördüm. Bu isə erməni faşizminin mahiyyətini göstərir”.

Sərgidə Reza Deqati çəkdiyi digər fotoların da tarixindən danışıb, ictimaiyyət nümayəndələrinin və jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, sərgidə məşhur fotoqrafın 100 fotosu nümayiş etdirilir.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM