12 Oktyabr 2011 01:10
455
İQTİSADİYYAT
A- A+

Reydlərin nəticələri ürəkaçan deyil

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi  idarələri bu ilin 9 ayında 1175 nəzarət tədbirləri həyata keçirib.

Komitədən verilən məlumata görə, tədbirlər zamanı 483 təsərrüfat subyektində müəyyən olunan qanun pozuntuları ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb - müəssisə rəhbərlərinə iradnamə və tələbnamə verilib, 32 təsərrüfat subyekti barədə ümumilikdə 98 min manat cərimə tətbiq edilib, 5 müəssisə barədə sənədlər məhkəmələrə göndərilib.

Komitədən bildirilib ki, dövlət nəzarəti tədbirləri nəticəsində uyğunluq sertifikatı olmadığına görə 2 558 litr alkoqolsuz, 2500 litr alkoqollu içki, 1 560 kq un və konditer məmulatları, 10 516 ədəd müxtəlif adda konservlər, 783 kq süd məhsulları, 30 592 kq dənli bitkilər, 183 kq ət məhsullarının satışına icazə verilməyib.

Bundan başqa, təhlükəsizlik və digər göstəricilərinə görə standartın tələblərinə uyğun olmayan 2200 kq şokolad və vafli, 82 kq Şərq şirniyyatı və biskvitli kremli tort, 60 kq nabat şəkilli karamel, 5000 litr alkoqolsuz içki, 900 litr süd məhsulları, 4500 litr alkoqollu içki, 135 kq dondurma aktlaşdırılaraq məhv edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video