15 Yanvar 2012 12:01
339
CƏMİYYƏT
A- A+

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurmuşlar

 

Yanvarın 14-də Çevik Polis Alayında ötən ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Tədbirdə daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak etmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əməliyyat müşavirəsini açan nazir Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu və hərtərəfli islahatlar nəticəsində ötən ilin xalqımızın rifah halının yüksəlməsi, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə səciyyəvi olduğunu, iqtisadiyyatın əvvəlki illə müqayisədə daha da inkişaf etdiyini, sosial proqramların, infrastruktur layihələrinin uğurla həyata keçirildiyini xatırlatmışdır.

Nazir bildirmişdir ki, bütün bunlar dövlətimizin başçısının bəyan etdiyi proqram və planların ardıcıllıqla həyata keçirilməsinin və milli maraqlara tam cavab verməsinin əyani təsdiqi olmaqla, daxili işlər orqanlarının fəaliyyətinə də müsbət təsirini göstərmişdir.

General-polkovnik Ramil Usubov demişdir ki, respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurmuş, ümumilikdə, cinayətlərin, xüsusən onun ağır növlərinin azalması meyli davam etmişdir.

Hesabat dövründə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış etmişdir. 

O demişdir ki, alayın şəxsi heyəti tərəfindən ölkənin qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, DİN rəhbərliyinin əmr, göstəriş və tapşırıqları rəhbər tutularaq 2011-ci ildə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, ictimai asayişin təmini, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı vəzifələrin icrası məqsədyönlü şəkildə davam etdirilmişdir. Hesabat dövründə əsas diqqət cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsinə, xidmətin əməliyyat şəraitinin təhlili əsasında aparılmasına, şəxsi heyətin bilik səviyyəsinin, dünyagörüşünün, mənəvi, döyüş və fiziki hazırlığının artırılmasına yönəldilmişdir.

Qeyd olunmuşdur ki, ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 777 nəfərin, o cümlədən soyğunçuluga görə 87, oğurluğa görə 248, xuliqanlığa görə 156, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 161, dələduzluğa görə 19, digər cinayətlərə görə 33, habelə axtarışda olan 125 şəxsin tutulmasında iştirak etmişdir. Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 17 min 237 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunmuşdur. Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,3 faiz çox olmuşdur.

Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov  cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində, xüsusən kütləvi tədbirlər zamanı asayişin mühafizəsində Çevik Polis Alayının mühüm funksiyaları yerinə yetirdiyini, hüquq- mühafizə orqanlarının əlaqəli fəaliyyəti sayəsində cinayətkarlığın azaldığını, ölkəmizdə sabitliyin etibarlı qorunduğunu, belə təhlükəsiz şəraitdən, əmin-amanlıqdan hər bir kəsin çox yararlandığını bildirmişdir.

Nazir son illər alayın peşəkarlıq və fiziki hazırlıq baxımından xeyli irəlilədiyini, qarşıya qoyulmuş vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirən mobil quruma çevrildiyini, dövlətçiliyin qorunmasında, ölkəmizdə, xüsusən paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində xüsusi rolu olduğunu xatırlatmışdır. Bildirmişdir ki, şəxsi heyət çətin məqamlarda həmişə vətəndaşlara yardımçı olmuş, onların və dövlətin qanuni hüquq və mənafelərini hər cür cinayətkar qəsdlərdən qorumuş, əmin-amanlığın, asayişin pozulmasına yönəlmiş istənilən hüquqazidd əməllərin qarşısını qətiyyətlə almış, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

General-polkovnik Ramil Usubov xidməti vəzifələrin icrası üçün zəruri avadanlığın alındığını, ən müasir müdafiə və texniki vasitələrlə təchiz olunduğunu vurğulayaraq şəxsi heyətin sosial problemlərinin həllinin də daim diqqət mərkəzində olduğunu xatırlatmışdır.

Daxil İşlər Nazirliyi rəhbərliyinin Çevik Polis Alayının şəxsi heyətinin peşəkarlığına, dövlətçiliyə, Vətənə sədaqətinə inandığını və güvəndiyini diqqətə çatdıran Ramil Usubov əmin olduğunu bildirmişdir ki, alayın əməkdaşları cari ildə də qarşıya qoyulan bütün məsul tapşırıqların öhdəsindən layiqincə gələcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video