14:31 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə həllində maraqlıdır və bunun üçün səylərini artıracaq
ANA SƏHİFƏ / PARLAMENT
03:04 05.04.2012

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Milli Məclisin Sədri deyib ki, Azərbaycan ilə Rusiya münasibətlərinin çox dərin kökləri var. Əlaqələrimiz qarşılıqlı hörmət və səmimi dostluğa əsaslanır. Ölkələrimiz arasında dialoq bütün sahələr üzrə inkişaf edir:  "Münasibətlərimizin ən yeni  tarixi 1992-ci il aprel ayının 4-dən başlayır. Xoş haldır ki, bu gün (dünən) diplomatik münasibətlərimizin 20 ili tamam olub".

Oqtay Əsədov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edib. O bildirib ki, bu günədək Azərbaycan ilə Rusiya arasında 150-dən çox sənəd imzalanıb:  "Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Bu gün Azərbaycanda 500-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Bizim regionlarımız arasında da mehriban dostluq münasibətləri mövcuddur. Azərbaycanda rus dilinə də böyük maraq var və əksər ali, orta məktəblərdə rus dili ayrıca tədris olunur".

Milli Məclisin Sədri  dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin  rolunu xüsusi qeyd edib və bildirib ki, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları fəaliyyət göstərir, deputatlarımız bütün beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər.

Sonra Oqtay Əsədov Azərbaycanın üzləşdiyi problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib, Rusiyanın bu problemin həllindəki rolunu yüksək qiymətləndirib. O, rəsmi Moskvanın münaqişənin həlli istiqamətində rolunu daha da artıracağına əminliyini ifadə edib.

Sergey Lavrov isə Azərbaycan ilə Rusiya arasında əlaqələrin hərtərfli inkişafından razılığını bildirərək deyib ki, həqiqətən də ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu isə təkcə Azərbaycan-Rusiya münasibətlərinin inkişafında deyil, həm də Cənubi Qafqazda sabitliyin bərpasında mühüm rol oynayır.

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan ilə Rusiya arasında investisiyaların qorunmasına dair yeni sənəd hazırlanıb. Bu sənədin hər iki ölkənin parlamentində təsdiqi iqtisadi-ticarət dövriyyəsinin artımına təkan verəcək.

S.Lavrov dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu barədə deyilən fikirlərlə razı olduğunu, deputatlarımızın təkcə dostluq qrupları çərçivəsində deyil, MDB PA, ATƏT PA, AŞ PA və digər beynəlxalq təşkilatlarda da faydalı əməkdaşlıq etdiklərini bildirib. O deyib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə həllində maraqlıdır və bunun üçün   səylərini artıracaq.

Sonra görüşdə regionda və dünyada gedən proseslər, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

 

"Azərbaycan"

Foto: A.Məmmədovundur



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM