14:19 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rəşad MAHMUDOV: “İnsanlarımızı vaksinasiyaya ciddi yanaşmağa dəvət edirəm”

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:35 04.02.2021

 

Milli Məclisin deputatı, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov Azərbaycanda koronavirusla bağlı vəziyyət və bu infeksiyaya qarşı aparılan vaksinasiya prosesi ilə bağlı müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Rəşad müəllim, Azərbaycan tədricən antipandemiya mərhələsinə doğru irəliləyir. Tədris müəssisələrinin, müəyyən sahələrin fəaliyyəti artıq bərpa olunub. Yoluxma sayı azalsa da, epidemioloji vəziyyət hələ ciddi olaraq qiymətləndirilir. Bu konteksdə karantin rejiminin yumşaldılmasını necə qiymətləndirirsiniz?

- Əlbəttə, dünyada hər bir milyon insana düşən yoluxma-xəstə sayına, yoluxmanın sürətinə, xəstəxanalarda yataqların doluluq nisbətinə baxdıqda və bu ümumi göstəriciləri ölkəmizlə müqayisə etdikdə vəziyyətin bizdə nə qədər yaxşı olduğunu görə bilərik. Bu reallığı ifadə etməkdə hər hansı bir şişirtmə yoxdur. Sözsüz ki, bu, virusun həm epidemioloji vəziyyəti ilə bağlıdır, həm də hər bir bölgənin bəlli dönəmdə dalğa sürəti var. Eləcə də ölkədə bu günə qədər görülən epidemioloji tədbirlər və verilən qərarların bir daha doğru olduğunu göstərir.

Düşünürəm ki, bugünkü reallıq, əlbəttə, mərhələli şəkildə karantin rejiminin daha da yumşaldılmasını zəruri edib. Dövlət də bu istiqamətdə addımlarını atır. Ancaq mən bu işi iki bucaqlı və iti bıçağa bənzədirəm. Yəni heç bir tərəfdən əminliklə konkret addım atmaq mümkün deyil. Başqa sözlə, biz hər şey bitmiş kimi davranıb, kəskin hərəkətlər etdiyimiz zaman bıçağın bir ucu əlimizi kəsə bilər. Və yaxud digərinə ciddi yanaşdığımız zaman iqtisadi-sosial, mədəni və psixoloji problemlərə gətirib çıxara bilər. Odur ki, cəmiyyət dövlətin verdiyi qərarlara uyğun şəkildə və birlikdə hərəkət etməlidir. Ən başlıcası dövlət və cəmiyyət arasında olan həmrəyliyi Operativ Qərargah daha çox hiss etdikcə dünyadakı nisbi bilgilər daxilində bir sonrakı atılacaq addımlar və qərarlar daha rahat, güvənli olacaq. Onu da deyim ki, fevralın 1-dən etibarən başlanan yumşalmadan sonra cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşür. O mənada ki, bu yumşalmadan insanlarımız faydalanır, hər bir şəxsin özünün azadlığından başqa iş yerlərinin açılması ilə evinə çörək aparmaq imkanı yaranır. Bu insanların haqlarına toxunmamaq üçün biz daha çox diqqətli olmalıyıq. Preventiv tədbirlərə əhəmiyyət verməliyik. Sosial məsafəni qorumaq, maska taxmaq, şübhə varsa, ümumi ictimai yerlərdən kənarda durmaq lazımdır.

- Türkiyə, Rusiya, Gürcüstan və İranda yoluxma sayı yüksək olaraq qalır. Eləcə də bəzi insanlar hələ də preventiv qaydalara əməl etmir. Bunları nəzərə alaraq yenidən qapanmalara gedilməsi ehtimalı varmı?

- Əlbəttə, konkret gedişatı heç kim deyə bilməz. Sadəcə mən ölkəmizdə mövcud olan son dörd aydakı tendensiyanı nəzərə almaqla yaz aylarında böyük bir dalğanın müşahidə edilməsi ehtimalını görmürəm. Ancaq bu, bizim rahatlanmağımız üçün səbəb ola bilməz. Sadəcə, ehtimal olunmur. İnsanlar virusdan qorunmaqda davam etməli, verilən tövsiyələrə əməl etməlidirlər.

- Beynəlxalq mütəxəssislər bildirirlər ki, əhalinin 50 faizdən çoxu virusa yoluxduqdan sonra vəziyyət normallaşmağa doğru gedəcək, yumşalma ilə bağlı istənilən qərarı qəbul etmək olacaq. Ölkəmizdə ümumi yoluxma sayını nəzərə alsaq, sizin bununla bağlı fikrinizi bilmək istərdik.

- Adətən dünyada yanaşma belədir ki, 50-70 faiz yoluxmadan sonra bu mümkündür. Mənim düşüncəm belədir ki, hər nə qədər aqressivliyi davam etsə belə, həm virusu tanıma, həm onunla mübarizə, həm də insanların ümumi məlumatlanması və daha vacibi vaksinlərin əlimizdə olması ilə hər keçən gün virusdan daha az qorxacağıq.

- Yəni düşünürsünüz ki, iqtisadi açılıma da getmək olar?

- Əlbəttə, qorxu azaldıqca və karantin rejimi yumşaldıqca iqtisadi açılımlara getmək təbii haldır. Düşünürəm ki, hazırkı epidemioloji vəziyyət mərhələli şəkildə iqtisadiyyatın açılımını mümkün edir.

- Avropada artıq üçüncü dalğa haqqında fikirlər səsləndirilir...

- Onun haqqında heç kim konkret heç nə deyə bilməz. Mən hazırda ölkəmiz üçün üçüncü dalğa təhlükəsini gözləmirəm.

- Azərbaycanda vaksinasiyaya start verilib. Gedişatı necə qiymətləndirirsiniz?

- Vaksinləşmə könüllüdür. Koronavirusdan qurtulmağın vaksinasiyadan başqa yolu yoxdur. Odur ki, insanlarımızı vaksinasiyaya ciddi yanaşmağa dəvət edirəm.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM