11 Iyun 2021 17:28
827
SİYASƏT
A- A+

Rəcəb Tayyib Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik

 

Şübhəsiz ki, NATO-da ikitərəfli görüşlərdə Ermənistan mövzusu açıldıqda bu barədə danışıqlar olacaq və biz də bu mövzunu müzakirəyə çıxaracağıq. Bütün bunlarla yanaşı, xüsusilə ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında bildirib.

Ölkəmizə səfəri barədə danışan Prezident Ərdoğan deyib: “Azərbaycana səfər edəcəyik. Azərbaycanda qardaşım Prezident İlham Əliyev ilə Şuşada görüşərək, aramızda razılaşma imzalayacağıq. Bu, Türkiyə ilə Azərbaycan arasında geniş bir razılaşma olacaq”.

İştirak edəcəyi NATO Zirvə görüşü barədə danışan Prezident Ərdoğan deyib: “Görüş əsnasında, ilk növbədə, NATO ölkələri olaraq nə etdiklərimiz və edəcəklərimiz gündəmdə olacaq. Türkiyə NATO ölkələri sırasında ilk beşlikdə yer alan güclü bir ölkədir. Türkiyə ilə ABŞ arasındakı münasibətlər müzakirə ediləcək. İkitərəfli görüşlərimiz olacaq. Böyük Britaniyanın Baş naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və digər ölkə liderləri ilə görüşlərimiz nəzərdə tutulur. Bu rəqəm arta bilər. İkitərəfli danışıqları davam etdirəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video