23 Iyul 2014 12:07
531
Oxucu məktubları
A- A+

Real obrazlar yaradılmalıdır

 

Özəl televiziya kanallarında mövsümdən asılı olmayaraq musiqili-əyləncəli, şou-məzhəkə xarakterli proqramlar sözün əsl mənasında həddindən artıq çoxdur. Təəssüf ki,  bu çoxluğun içində tamaşaçıları qane edəcək səviyyə və keyfiyyətdə verilişlər çox azdır, demək olar ki, yox dərəcəsindədir.

Dünyada serial bumu yaşanır. Özü də kommersiya baxımından  kifayət qədər gəlirli sənət növüdür. Müasir serial istehsalçıları realizm əsaslı məhsullarla daha çox uğur qazanırlar. Zatən reallıqlara müraciət etmədən həftədə bir seriya,  illərlə ədəbi-bədii təxəyyül məhsulu olan keyfiyyətli serial (film) çəkmək mümkünsüzdür.

Teleseriallar da kinoda və teatrda olduğu kimi janr rəngarəngliyinə malikdir. Təəssüf ki, bizim serial yaradıcıları  realizmdən imtina etməklə bərabər, mövcud reallıqları təhrif etmək və ya ifrat şişirtməklə populyar saydıqları janrlarda özlərini "sınayırlar". Bəzi seriallar sanki Azərbaycandan deyil, kriminal Siciliya mafiyasından, ötən əsrin 50-ci illərinin Çikaqo qanqsterlərindən bəhs edir. Digərləri də ucuz, bəsit və mənasız gülüşdən, qara-qışqırıqdan, şit zarafatlardan ibarət, guya sosial xarakterli telefilmlərdir. Serialların böyük əksəriyyəti süni və bəsit süjet üzərində qurulub, heç bir inandırıcı hadisəyə əsaslanmır.  Obrazların da böyük qismi  xəyal məhsuludur.  Serialların janrları, ideyaları aydın olmadığından təyinatı, hansı auditoriya üçün nəzərdə tutulduğu da anlaşılmır. 

Heysiyyətimə toxunansa həm seriallarda, həm də guya yumoristik proqramlarda cidd-cəhdlə reallıqdan uzaq, eybəcər azərbaycanlı "obrazlarının" yaradılması, onlar üzərində  lağlağı formatında mənasız gülüşlü əyləncəyə geniş yer verilməsidir. Əlbəttə, bunun üçün böyük yaradıcı təfəkkürə, istedada ehtiyac yoxdur. Amma gəlin görək bu filmlər cəmiyyətə nə verir, missiyası nədən ibarətdir? Sənət və ictimai  fayda baxımından - heç nə! Əksinə, insanların zövqü korlanır, bədii təxəyyülü qaralır. Bəzən isə bu daha arzuolunmaz fəsadlar törədir:  ucuz,  mənasız gülüş obrazlarının bədheybət geyimləri, hərəkətləri, danışıq dili, ümumilikdə "xarakter"i  uşaq və yeniyetmələrin etik, estetik tərbiyəsinə şübhəsiz ki, mənfi təsir göstərir. Bu isə yolverilməzdir.

Əminəm ki, bu da müvəqqətidir. Azərbaycan televiziya dramaturgiyası dəyərli ənənələrə, böyük yaradıcılıq potensialına malikdir.

 

Vidadi QAFAROV,

sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video