05:49 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

RAGB-nin general-mayor Polad Həşimov adına komandası hərbi-idman oyunlarında iştirak edib
ANA SƏHİFƏ / İDMAN
12:24 06.04.2021

 

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adını daşıyan komandası hərbi-idman oyunlarında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Moskvada, “Poyma reki Qorodnya” (“Qorodnya çayının subasar sahəsi”) parkı ərazisində “Qardaş xalqların birliyi” II Beynəlmiləl hərbi-idman oyunları keçirilib.

Tədbir “Xalqların qardaşlığı” Yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda fiziki, intellektual tərbiyəsi və inkişafı mərkəzi tərəfindən təşkil olunub.

Turnirdə müxtəlif yarışlar, o cümlədən kəndir labirintləri, təkbətək atıcılıq, güc təmrinləri təşkil edilib.

Qeyd edək ki, “Qardaş xalqların birliyi” hərbi-idman oyunlarının keçirilməsi artıq ənənəyə çevrilib.

Oyunların keçirilməsi Rusiyanın çoxmillətli gənclər mühitində qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və möhkəmləndirilməsi, oyunların gedişi zamanı iştirakçılarda komanda ruhunun formalaşdırılması, müxtəlif xalqların gənclərinə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması məqsədi daşıyır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM