14 Oktyabr 2011 06:10
377
DÜNYA
A- A+

Qvatemalada daşqınlar nəticəsində 12 nəfər həlak olmuşdur

 

Qvatemalada leysanın doğurduğu güclü daşqınlar nəticəsində 12 nəfər həlak olmuş, iki nəfər itkin düşmüşdür. İlkin informasiyaya görə, Qvatemalanı bürüyən daşqınlardan ümumən 30 mindən çox insan əziyyət çəkmişdir. Bəzi bölgələrdə sel suları avtomobil yollarında hərəkəti iflic vəziyyətinə salmışdır, səkkiz körpü ciddi zədələnmişdir. Respublikanın bəzi departamentlərində mümkün təbii fəlakət zonalarından əhalinin təxliyə edilməsi və müvəqqəti sığınacaqlarda yerləşdirilməsi istiqamətində tədbirlər görülür.

Latın Amerikasının digər ölkələrindən də leysanın doğurduğu dağıntılar barədə xəbərlər daxil olur. Nikaraquada təbii fəlakət 4 nəfərin ölümünə səbəb olmuşdur. Salvadorda daşqın və sürüşmələr qeydə alınmış, təbii fəlakət təhlükəsi olan bölgələrdən iki minədək adam köçürülmüşdür. Kosta-Rika və Hondurasda əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video