12 Iyun 2016 12:06
709
Oxucu məktubları
A- A+

Qüvvəmiz də var, haqqımız da

 

Əsgər anasıyam. Oğlum Canpolad Əfəndiyev Silahlı Qüvvələrimizdə xidmət edir. Onu əsgərliyə yola salanda gözlərim yaşarsa da, ürəkdən sevindim, özümü daha vüqarlı, daha güclü hiss etməyə başladım. Axı əsgər anası olmuşdum. Lakin torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan əsgərlər haqqında gələn xəbərlər məni də çox həyəcanlandırır. Hər gün dua edirəm ki, ay Allah, əsgərlərimizi, xata-baladan uzaq elə, düşmən gülləsindən qoru.

Artıq qorxuya, həyəcana sanki, qalib gəlmişəm. Bilirəm ki, yüzlərlə, minlərlə mənim kimi ananın övladı var orada. Onlar vətənlərini, doğma torpaqlarını qoruyurlar, bizim keşiyimizdə durublar. Bunu övladlarımız etməyib bəs kim edəcək?

Bu yaxınlarda Ali Baş Komandan İlham Əliyev xanımı Mehriban Əliyeva ilə cəbhə bölgəsində hərbçilərlə və yerli sakinlərlə görüşü qəlbimi bir qədər də rahatlandırdı. Axı  indi Azərbaycan öz xalqını, işğal altında olan torpaqlarını azad etməyə qadir orduya malikdir.

Buna baxmayaraq Ali Baş Komandanımız həmişə deyir ki, biz müharibə istəmirik. İstəmirik ki, anaların gözü yaşlı qalsın. Biz sülh istəyirik. Amma ədalətli sülh! Mən də belə sülhə səs verirəm. Düşmən bunu istəməsə cəzasını çəkəcək. Buna qüvvəmiz də var, haqqımız da.

 

Esmira ƏFƏNDİYEVA,

Şamaxı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video