23 Iyul 2014 12:07
532
Oxucu məktubları
A- A+

Qürur verən qalalar gəlir də verə bilər...

 

Qalalar xalqların hərb tarixinin "canlı" şahidləri və danılmaz faktlarıdır. Azərbaycanda belə qalalar, istehkam tipli qədim tikililər və onların qalıqları kifayət qədər çoxdur. Təkcə Abşeronda 30-a yaxın qala  var. Mərdəkan, Nardaran, Ramana qalaları  daha yaxşı vəziyyətdə qalanlardır. Yarıdağılmış, bərpaya ehtiyacı olanlar da az deyil...

Mərdəkan qalası - XIV əsrin ortalarında Şirvanşah Axsitan tərəfindən düşmən üzərində parlaq qələbə şərəfinə ucaldılıb.  Dörd künc formadadır. Hündürlüyü 22 metrdir. Daxildən beş yarusa bölünüb. Sahəsi təxminən 7 sotdur.  Qaladan sığınacaq və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.

Ramana qalası üslub əlamətlərinə görə  XIV əsrin ortalarına aid edilir. Mərdəkandakı qəsrdən fərqli olaraq qayalıq üzərində ucaldılıb. Fərqli cəhətləri olsa da, digər Abşeron qalalarına bənzərliyi çoxdur.

"Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin tarixi epizodları bu qalanın ərazisində və ətrafında çəkilib.  Sonuncu dəfə 1956-cı ildə, məhz bu filmlərdən birinin - "Koroğlu"nun çəkilişi zamanı  bərpa edilib. Bəzi tarixçilərin  fikrincə, qədimdə Ramana qalasından Qız qalasına qədər yeraltı yol olub. Bəzi iddialara görə, belə yeraltı keçidlər Bakıdakı və şəhər ətrafındakı digər  istehkamları da bir-birinə bağlayıb. Manevr və yardımlaşma üçün istifadə edilib...  

Qeyd etdiyim kimi, belə tarixi abidələrimiz, qürur mənbələrimiz  yetərincədir. Amma Qız qalasından başqa Abşeron qalalarının ətrafında turistlərə az rast gəlinir. Yaxşı olardı ki, bu tarixi abidələr də turist marşrutlarına salınsın. Bundan qabaq isə bərpaya ehtiyacı olanlar yenidən dirçəldilsin, ətrafları abadlaşdırılsın, turizmin inkişafı üçün müvafiq infrastruktur yaradılsın. 

 

Asif CƏLİLOV,

Abşeron sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video