22 Avqust 2021 01:07
859
İQTİSADİYYAT
A- A+

Qubada taxıl biçini yekunlaşıb

Məhsuldarlıq 25 sentnerdən çoxdur

 

Qubanın kənd təsərrüfatında taxılçılıq mühüm yer tutur. Gübrələrə, yanacaq və motor yağlarına görə subsidiyaların verilməsi bu sahənin inkişafına marağı daha da artırıb.

“Aqroservis” ASC-nin Xaçmaz regional nümayəndəliyinin Quba bölməsinin rəhbəri Əfrasiyab Qubatov bizimlə söhbətində bildirdi ki, fermerlərə dövlət tərəfindən verilən bu dəstək nəticəsində istehsal ilbəil artır. Bu gün lazım olan bütün gübrələr istehsalçılara vaxtında çatdırılır. Öyrənirik ki, fermerlərə keçən il 700, bu il isə 300 ton azot, amotos, nitroamotos gübrələri və alağa qarşı herbisidlər verilib. Hazırda qarşıdan gələn payız əkini üçün 700 tona yaxın gübrə ayrılıb. Səpin zamanı ondan istifadə ediləcək. 

Texnika sarıdan da problem yoxdur. Əvvəlki illərə nisbətən kənd təsərrüfatı texnikasının sayı artıb. Belə ki, fermerlər tərəfindən lizinq yolu ilə 150-dən çox traktor, kombayn və digər təsərrüfat texnikası alınıb.

Sonda onu da qeyd ki, ötən payız rayon üzrə 9160 hektarda buğda, 2200 hektarda arpa əkilmişdi. Biçinə 50-dən artıq kombayn cəlb olunmuşdu. Rayonda taxıl bicini başa çatıb. Məhsuldarlıq 25 sentnerdən çoxdur.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video