17:59 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qlobal bəlaya qarşı uğurlu mübarizə

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:51 02.03.2021

 

Peyvəndləmə prosesi mərhələli şəkildə davam edir

 

Azərbaycanda koronavirus infeksiyasına qarşı hərtərəfli mübarizə aparılır. Pandemiyanın ilk zamanlarından etibarən vəziyyətin  nəzarətdə saxlanılması, görülən kompleks tədbirlər, mərhələli şəkildə həyata keçirilən sərtləşdirilmə və ya  yumşaldılma tədbirləri müsbət nəticəsini verir. Elə buna görədir ki, ölkəmizdə COVID-19-a yoluxma səviyyəsi nəzarətolunan həddə saxlanılıb, sərt karantin rejimi çərçivəsində bir çox yumşaldılmalar edilib.

Yanvarın 18-dən etibarən bir çox iş yerlərinin fəaliyyəti, fevral ayının 1-dən isə təhsil müəssisələrində mərhələli şəkildə əyani tədris bərpa edilib.

Azərbaycan koronavirusa qarşı peyvəndləməyə erkən başlayan ölkələr sırasındadır.  Belə ki, yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibb işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndlənməsi təmin olunub. Vaksinasiya könüllülük prinsipi ilə və dövlət hesabına həyata keçirilir. Ölkəmizdə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.

Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır.

Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil sahəsində və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, DOST mərkəzlərində, ictimai nəqliyyat sektorunda, telekommunikasiya operatorları və provayderləri, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.

Tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddirlər.

Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaqdan, infeksiyanın ötürülməsini məhdudlaşdırmaqdan, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Mütəxəssislərin də söylədiyi kimi, vaksinasiya mərhələsində də COVID-19-dan maksimum qorunmaq, pandemiya şərtlərinə əməl etmək lazımdır.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov qeyd edib ki, COVID-19 infeksion xəstəliklərdən biridir: “Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır”.

Onun sözlərinə görə, digər infeksion xəstəliklərdə olduğu kimi, bu xəstəlik zamanı da anadangəlmə immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən də bu, ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immuniteti gücləndirməklə yanaşı, vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır.

Baş infeksionist immun sistemini qorumağa və gücləndirməyə kömək edəcək tövsiyələri də açıqlayıb: “İllik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın. Qida maddələrinin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin, normal gecə yuxusunu təmin edin. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı əhvali-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immunitetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.

COVID-19 təhlükəli bəladır, amma ondan qorunmaq da mümkündür. Yetər ki, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşılmasın, sadə gigiyenik qaydalara riayət edilsin. Maska taxmaqla, sosial məsafəni saxlamaqla, sağlam həyat tərzi keçirməklə qorunmaq və immuniteti gücləndirmək olar.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM